Kambey körfəzi

Kambey körfəzi[1][2] (hind. खंभात की खाड़ी [3])— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir.[4]

Kambey körfəzi
hind. खंभात की खाड़ी
Kambey körfəzinin peyk şəkli
Kambey körfəzinin peyk şəkli
Ümumi məlumatlar
Tip Körfəz
Sahil uzunluğu 200 km
Tökülən çaylar Narmada, Sabarmati, Tapti
Yerləşməsi
22°16′ şm. e. 72°42′ ş. u.HGYO
Ölkə  Hindistan
Akvatoriyası
  • Ərəbistan dənizi, Hind okeanı
Kambey körfəzi xəritədə
Kambey körfəzi
Kambey körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır.[5] Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur.

Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.[6][7][8] Körfəzdə Kalpasar proyektinə görə 30 km-lik bəndin tikilməsi planlaşdırılmışdır.[9]

Kambey körfəzi qədim dövrlərdən bəri əhəmiyyətli bir ticarət mərkəzidir. Körfəzin limanları Hind okeanının dəniz ticarət yolları ilə Hindistanı birləşdirir. Tarixən əhəmiyyətli limanlar Bxaruç, Surat, Kambey, Bhavnaqar və Damandır. Bxaruç qədim dövrlərdə, Kambey isə orta əsrlərdə ən mühüm limanlar idi. Kambey limanın qarşısından qum çox yuyulduqdan sonra Böyük Moğal İmperiyasının ən əhəmiyyətli limanı olaraq bilinən yer Surat tərəfindən işğal edildi.

2002-ci ildə Kambey körfəzinin yaxınlığında Hind sivilizasiyasına (qəsəbə Lotxal) aid olan qədim yaşayış yerlərinin izləri aşkar edilmişdir. Ərazidə tapılmış karbonlaşmış ağacın bir parçasının yaşı 9500 ilə qədər olduğu təyin olundu.

Körfəzin qərbində Kathiyavar və ya Sauraştra bölgəsində, Qir Meşəsi Milli Parkı və park ətrafında Asiya şirləri yaşayır.[6][10] Körfəzin şərqindəki Danqs meşəsi Benqal pələnglərinə ev sahibliyi edir.[11]

  1.  Северная Индия // Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 1999 г. ; отв. ред.: Т. Г. Новикова, Т. М. Воробьёва. — 3-е изд., стер., отпеч. в 2002 г. с диапоз. 1999 г. — М. : Роскартография, 2002. — С. 160—161. — ISBN 5-85120-055-3.
  2. Камбейский залив Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 145.
  3. Инструкция по передаче на картах географических названий с хинди. — М.: ЦНИИГАиК, 1959. — С. 23.
  4. Chisholm, Hugh, ed. (1911). "Cambay, Gulf of". Encyclopædia Britannica (11th ed.). Cambridge University Press.
  5. Saha, S., Banerjee, S., Burley, S.D., Ghosh, A. and Saraswati, P.K. (2010). The influence of flood basaltic source terrains on the efficiency of tectonic setting discrimination diagrams: an example from the Gulf of Khambhat, western India. Sedimentary Geology 228 (1): 1–13.
  6. 1 2 Nowell, K.; Jackson, P. (1996). "Panthera Leo". Wild Cats: Status Survey and Conservation Action Plan Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine (PDF). Gland, Switzerland: IUCN/SSC Cat Specialist Group. pp. 17–21. ISBN 2-8317-0045-0.
  7.  Trivedi, P. and Soni, V. C. (2012). Significant bird records and local extinctions in Purna and Ratanmahal Wildlife Sanctuaries, Gujarat, India Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine
  8. Jhala, Y. V., Qureshi, Q., Sinha, P. R. (Eds.) (2011). Status of tigers, co-predators and prey in India, 2010. National Tiger Conservation Authority, Government of India, New Delhi, and Wildlife Institute of India, Dehradun. TR 2011/003.
  9. "The Gulf of Khambhat Development Project" Arxivləşdirilib 2017-08-04 at the Wayback Machine. Gujarat. Retrieved 18 May 2013.
  10. "Asiatic Lion population up from 411 to 523 in five years" Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine. Desh Gujarat. 2015-05-10. Retrieved 2016-11-26.
  11. Karanth, K. U. (2003). "Tiger ecology and conservation in the Indian subcontinent".  Journal of the Bombay Natural History Society100 (2–3): 169–189. Archived from  the original on 2012-03-10.