Kambocada minalar

Kambocada mina xəbərdarlığı.

Kambocada minalanmış ərazilərCənub-Şərqi Asiyada yerləşən Kambocada mina problemi. Ölkədə, xüsusilə şəhərətrafı ərazilərdə minalar ilə bağlı böyük problem mövcuddur. Minalar səbəbindən 40,000-ə yaxın amputasiya halı qeydə alınmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.[1] Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) hesab edir ki, Kambocada dörd-altı milyon mina və digər partlamamış hərbi sursat ola bilər.[2] Bununla belə, bəzi hesablamalara görə on milyona qədər mina var.[3]

Kambocada Çin istehsalı olan minalar 1970-ci və 1980-ci illərdə Kambocada vətəndaş müharibəsi zamanı bir-birləri ilə toqquşan fraksiyalar tərəfindən yerləşdirilmişdir. Kambocada piyada əleyhinə minalar ilə qarşılanan ümumi problem odur ki, minaları yerləşdirənlərdə onların yerləri ilə bağlı xəritələri yoxdur və ya onların yerlərini xatırlamırlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Landmines in Cambodia". Seasite.niu.edu. 28 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2017.
  2. "Ten Years Achievement and Perspective" (PDF). Cmac.gov.kh. 2010. 29. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-21.
  3. "Landmines in Cambodia". SEAsite Northern Illinois University. 23 March 2003. 28 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]