Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Kamennovun binası | |
---|---|
rus. Дом Каменнова | |
47°12′39″ şm. e. 38°55′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1850 |
Memarlıq quruluşu | Klassizm |
Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur. Desant çıxarılmasımasından sonra yanğın söndürülmüşdür. Sovet dönəmində digər gəlirli binalar kimi Kamennov binasıda milliləşdirilmişdir.
Bu binada şairə və tərcüməçi Sofiya Yakovlevski Parnok; şair, musiqiçi, sovet cazının təməlini qoyan şəxs, tərcüməçi, rəqqas, xoreoqraf Valentin Yakovleviç Parnax və şairə Yelizaveta Yakovlena Taraxovskaya[2] yaşamışdır. Bina son sahibinin adı ilə tanınır. Stilinə görə cənub klassizminə aiddir. Bir üzü Aleksandrovskaya küçəsinə baxır. İki mərtəbədən ibarət olan bina zirzəmiyə sahibdir. İstər Aleksadrovsi istərsə həyətə çıxışı vardır.
Binanın fazadı qara suvaqla sıvanmışdır. Fasad iki rəngdən ibarətdir. Umumi fon sarı arxitektur detalları isə ağ rəngə boyanmışdır. Yaşayış binası kimi istifadə edilir. İstifadəyə tam yararlıdır. Bütünlüklə yaşıl rəngə boyanmışdır.