Kamensk Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən diyarşunaslıq muzeyi
Kamensk Diyarşunaslıq Muzeyi | |
---|---|
rus. Каменский музей краеведения | |
Əsası qoyulub | 1969 |
Ölkə | |
Yerləşir | Kamensk-Şaxtinski, Rusiya |
Direktor | İrina Vasilevna Yorçenko |
Telefon | (865) 5-4898 |
İş rejimi | 9.00 - 18.00 |
Bilet | 6 rubl |
48°19′17″ şm. e. 40°16′07″ ş. u.HGYO |
Muzeyin adresi: Rostov vilayəti, Kamensk-Şaxtinski ş, Marl Marks, 56.
Kamensk Diyarşunaslıq Muzeyi Böyük Vətən müharibəsi və əmək veteranlarının səyi ilə yaradılmışdır. Muzey 1969-cu ildə təşkil edilmişdir. Muzey iki mərtəbəli, kərpiçdən inşa edilən binada yerləşir. Yerləşdiyi binanın özüdə tarixi abidədir. Muzeyin ekspozisiya zalının sahəsi 290 m² təşkil edir. Muzeydə iyirmi üç min tarixi və mədəni irs predmeti vardır. Əsas fondu isə iyirmi bir min dörd yüz eksponat təşkil edir. Bu ekponatlar ekspozisiya zalınfa nümayiş etdirilir.
Muzeyin əsas göstəriş mövzusu Kamensk-Şaxtinski şəhərinin çox əsrlik tarixidir.
Muzeyin bütün ekspozisiyası aşağıdakı mövzudadır: "Don diyarının təbiəti", "Faydalı qazıntılar", "Ekologiya", "Arxeologiya", "Diyarın tarixi", "Donda kazakçılığın yaranması". Ekspozisiya zalında ksponadlar tarixi ardıcıllıqla düzülmüşdür. Burada daş binanın inşasından (1761) tutmuş 1953-cü ildə vilayət mərkəzinin inşasına, kimya sənayesinin qurulmasından ekoloji problemin yaranmasına qədər hər şey öz əksini tapmışdır. "Don diyarının təbiəti" ekspozisiya zalında vilayətdə yaşayan heyvanların müqəvvalarını belə görmək mümkündür. Burada sığın, samur, vaşaq, siçan, ilan və digər canlılar vardır. Muzeydə tematik ekskursiya təşkil edilir: "Donda kazakçılığın yaranma tarixi"; "Kamensk stansiyasının yaranması və XIX-əsrin əvvəlləri XX əsrdə inkişafı."; "Don kazaklarının XVIII-əsrdən XX əsrə qədər ki müharibələrdə fəaliyyəti"; "Kamensk və kamensklıların Böyük Vətən müharibəsində"; "Don diyarının təbiəti"; "Arxeologiya və poleontologiya". Burada aşağıdakı mövzuda mühazirələr oxunur: "Xalq düşüncələri", "Don diyarının təbiəti", "Kanens-Şaxtinski şəhərinin səhifələri", "Provaslav kilsəsi və kilsə bayramlarının diyar tarixi" və s.
Kamensk Diyarşunaslıq Muzeyi qeyri kommersiya təşkilatı formatında işləyir. Muzeyin direktoru İrina Vasilevna Yorçenkodur. Muzey birinci günlər xaric hər gün 9:00-dan 18:00 qədər fəaliyyət göstərir