Kamil Nazim 23.06.1992-ci ildə Gəncə şəhərində dünyaya gəlib.1999-cu İldə Gəncə şəhər 28 sayılı tam orta məktəbə gedib,2003-cü ildə orta təhsilini Coşqun Verdiyev adına Göygöl rayon Qaryağdı (Aşıqlı) kənd tam orta məktəbində davam etdirib.2010-cu ildə həmin məktəbi bitirib, Hərbi xidmətə yollanıb.2012-ci ildə hərbi xidməti başa vurub.2012-ci ilin dekabr ayından etibarən Gəncə Dövlət Dram teatrının aktyor truppasında fəaliyyətə başlayıb. Həmin ildən etibarən bir çox tamaşalarda rol alıb. Hal hazırda Bakı şəhərində yaşayır, Ailə vəziyyəti subay.
Kamil Nazim |
---|
Filmografika
Ayının qoçaqlığı-(Meşəbəyi),
Tıq-Tıq xanım-(Nağılçı),
Keçəlin sərgüzəştləri-(Şef),
Bir sevgini tarixcəsi-(Cəllad),
Üç dəniz əfsanəsi-(Kamran),
Dan yeri söküləndə-(Xıdır),
Məhəbbətin qənimi-(Kənan),
Məhsəti Gəncəvi-(Mürüd)
Dəli yığıncağı-(Heydər),
Bəyaz ölüm-(Narkoman) [baş rol],
Şəhrizadın oyunu-(Şah Şəhriyar) [baş rol] və sair rollar oynayıb.Eyni zamanda həmin illərdə Gəncə Qarnizonu Zabitlər evində də çalışıb,döyüş bölgələrində yerləşən bir çox N sayılı hərbi hissələrdə keçirilən konsert proqramlarında həm aktyor həm də aparıcı kimi çıxışlar edib,Diplom və Fəxri Fərmanlarla təltif olunub.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin,Musiqili teatr aktyorluğu fakultəsinə qəbul olub (2015-2019)
Təhsil aldığı illər ərzində və təhsilini başa vurduqdan sonra da,bir neçə seriallara və filmlərə çəkilib,bir çox tamaşalarda rol alıb.
Bunlardan:
Seriallar.
"Vicdan haqqı"-Elnur (2015-2016),
"İmtahan"-Bəhruz (2017-2019)
"Ögey ana"-Azər (2018)
"Atılmışlar"-Gəray (2019-2020-baş rol)
"İfşa-Çətin hədəf"- Cavid (2022)
"Simurq"- İmran (2021-2023)
"Ata ocağı"-Orxan (2022-2023)
Filmlər:
"Dalan"-Rəşad (2018)
"Kişi ol" Arif (2019 baş rol)
"Mənim sehirli dünyam" Babək (2022 baş rol)
"Şahmat" q/f (2018)
"Mələklərin qurtuluşu"q/f- İlqar (2019)
"Məhv olan ömür" q/f-Elşən (2023)
Tamaşalar:
"Tıq-tıq xanım" Çoban,
"Zorən təbib" Jeront,
"Yasəmən ağacı" Süpürgəçi kişi,(baş rol)
"Gəl qohum olaq" Mayıl,
"Bremen musiqiçiləri" Əlahəzrət Kral.