Kamil Rzayev

Kamil Fərhad oğlu Rzayev (d. 17 aprel 1957, Tərtər, Azərbaycan SSR, SSRİ – ö. 10 may 1992, Tərtər, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor.[1]

Kamil Rzayev
Kamil Fərhad oğlu Rzayev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşaqları Cəmilə Rzayeva
Züleyxa Rzayeva
Atası Fərhad Rzayev
Anası Rəbiyyə Rzayeva
İş yeri
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

1957-ci il aprel ayının 17-də Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır.

1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.[2]

Kamil Rzayev 1992-ci il mart ayının 5-də doğma rayonu Tərtərə gələrək könüllü olaraq rayonun özünümüdafiə batalyonuna yazılmışdır. O, cəbhə zonasında səyyari hərbi qospitalın yaradılmasında xüsusi fəallıq göstərmişdir. Özünün zəhmətsevərliyi, döyüşgənlik cəsarəti ilə yoldaşları arasında böyük nüfuz qazanmışdır. 1992-ci ilin may ayının 10-da Tərtər bölgəsində erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[3] Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Hal-hazırda Tərtər rayon xəstəxanası Şəhid Kamil Rzayevin adını daşıyır. 2012-ci ilin noyabrın 2-də Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin idman zalında Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış - turnir keçirilib.[4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evli idi. Cəmilə və Züleyxa adlı iki qızı yadigar qalmışdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sərraf Şiruyə. Tərtərin yaralı cəngavərləri. Bakı: Hüquq Ədəbiyyatı, 2006. ("Vətən sənə oğul dedi" poeması) səh. 192-254
  2. Rzayev Ə. "Tərtər Alınmaz Qala". 1996. səh.25-27
  3. Rzayev K. "Tərtər şəhidləri və Kamil Rzayevin döyüş yolu". səh.120.
  4. "Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış-turnir keçirildi (Fotosessiya)". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]