Kamil Fərhad oğlu Rzayev (d. 17 aprel 1957, Tərtər, Azərbaycan SSR, SSRİ – ö. 10 may 1992, Tərtər, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor.[1]
Kamil Rzayev | |
---|---|
Kamil Fərhad oğlu Rzayev | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşaqları |
Cəmilə Rzayeva Züleyxa Rzayeva |
Atası | Fərhad Rzayev |
Anası | Rəbiyyə Rzayeva |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
1957-ci il aprel ayının 17-də Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır.
1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.[2]
Kamil Rzayev 1992-ci il mart ayının 5-də doğma rayonu Tərtərə gələrək könüllü olaraq rayonun özünümüdafiə batalyonuna yazılmışdır. O, cəbhə zonasında səyyari hərbi qospitalın yaradılmasında xüsusi fəallıq göstərmişdir. Özünün zəhmətsevərliyi, döyüşgənlik cəsarəti ilə yoldaşları arasında böyük nüfuz qazanmışdır. 1992-ci ilin may ayının 10-da Tərtər bölgəsində erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[3] Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Hal-hazırda Tərtər rayon xəstəxanası Şəhid Kamil Rzayevin adını daşıyır. 2012-ci ilin noyabrın 2-də Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin idman zalında Kamil Rzayevin xatirəsinə həsr olunmuş Karate üzrə yarış - turnir keçirilib.[4]
Evli idi. Cəmilə və Züleyxa adlı iki qızı yadigar qalmışdı.