Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 28 gün əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin giriş hissəsi yoxdur. |
Kamil Zeynallı (6 yanvar 1985, Bakı) — Azərbaycan televiziya aparıcısı, idmançı və xeyriyyəçi.
Kamil Zeynallı | |
---|---|
Kamil Heybət oğlu Zeynallı | |
Doğum tarixi | 6 yanvar 1985 (39 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | idmançı[d], mesenat[d] |
Mükafatları |
"Vətən naminə", "Milli Ordu-100" |
Kamil Zeynallı 6 yanvar 1985-ci ildə Göyçay rayonunda doğulub. Məktəbi 4-cü sinfə kimi Göyçayda 2 saylı məktəbdə oxuyub. Daha sonra Bakıda 47 saylı məktəbdə təhsilini davam etdirib. O, idmançı və fitnes trener kimi tanınır. Pandemiya ərəfəsində insanlar etdiyi yardımlar sayəsində populyarlıq qazanmağa başladı. 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi dövründə də xalqdan yığdıqlarını orduya çatdırmaqla məşğul olmuşdur. İkinci Qarabağ müharibəsində göstərdiyi dəstəyə görə "Vətən naminə" və "Milli Ordu-100" medalı ilə təltif olunub.[1]
Özünün verdiyi məlumata əsasən, müharibədə iştirak etmək üçün müraciət etsə də, çağırılmamışdır. Buna görə də qanunsuz olaraq döyüş ərazisinə girmişdir. Hüquq mühafizə orqanları ilə aparılmış görüşdə getməməsi tövsiyə olunsa da, o, buna baxmayaraq əraziyə yenidən qayıtmışdır.[2] O, cəbhə bölgəsindən müxtəlif videolar yaymış, bununla bağlı bəzi erməni bloggerlərdən təhdidlər almışdır.[3] Cəbhə bölgəsindən video və foto yaymağa görə Kamil Zeynallı 2020-ci ilin oktyabr ayında Füzuli Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edilmişdir.[4] Həmin ilin dekabr ayında Kəlbəcər rayonuna getmək istərkən buraxılmamasına görə polis tərəfindən saxlanılaraq bir ay müddətində həbs edilmiş,[5] bir həftə sonra isə sərbəst buraxılmışdır.[6]