Kamos

Kamos — kabus cini. Digər adları Kapos və ya Kapozdur. Kabuslara və qarabasmalara səbəb olan pis ruh. İnsanlara qorxunu və kabusları o göndərir. Biçimsiz bir varlıqdır. İnsanları yuxuda tutaraq aparar. Üzərinə çökdüyü insan nəfəs ala bilməz. Pişik kimi səssizcə gəzər. Keçiyə bənzədiyi deyilir. Gün işığından qorxar. Günəş doğulanda hərəkət edə bilmir. Tək yatan insanların üzərinə bütün ağırlığı ilə çökərək onların iflic olmasına və ya ölmələrini səbəb ola bilər. Başında daim bir börk (başlıq) daşıyır. Bir insan bu börkü qapmağı bacarsa əlində bu börk böyüklüyündə qızıl qalacağı deyilər. Qara pişik şəklində də görülə bilən kamosun üzərinə çökdüyü insan, qanının çəkilib damarlarının quruduğunu sanar. Bəzi görüşlərə görə qədim Yaxın Şərq (Moav, Assur) mifologiyaları ilə də əlaqədardır və bu mədəniyyətlərdə insanları boğaraq öldürdüyünə inanılır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Kam/Kap) kökündən törəmişdir. Göz oxşayan, ovsunlayıcı varlıq deməkdir. Ərəbcə Kabus sözü ilə də əlaqəli kimi görünməkdədir. Kamaz isə külək deməkdir. Qapmak feli ilə də əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]