Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq.
Kamran Ağabalayev | |
---|---|
Kamran Məmmədkazım oğlu Ağabalayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları |
Müslüm Əli[1] |
Fəaliyyəti |
aktyor dramaturq ikinci rejissor |
Fəaliyyət illəri | 2010-indiyə qədər |
Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb.[2] Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib.[3]
Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.
Evlidir, 2 oğlu var.
"Tərkedilmiş" filmindəki[4] Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
2 avqust 2019-cu ildə "AzərNyuMedia" şirkəti tərəfindən "Audiovizual sahədə müasir düşüncəyə görə" mükafatı ilə təltif edilmişdir.[5][6]