Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub.[1]
Kamran Həsənli | |
---|---|
1992 – 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Hidayət Orucov |
6 mart 2023 – 23 iyun 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | aktyor |
Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb.
6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub.[2] Partiya buraxılanadək bu postu tutub.
2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub. Toylar kralı‚ Bağlama, Şənbə Kamran Həsənli ilə, Günəbaxan, Bazar səhəri verlişlərində aparıcı kimi tamaşaçıların görüşünə gəlib. Eyni zamanda ANS TV-də Axşam-Axşam verlişinin aparıcısı işləyib.