Kanada ərgəvanı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 12-18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10-12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir. Paxla meyvəsi hamar, uzunluğu 6-10 sm və eni 2 sm-dir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Rütubətliyə orta dərəcədə tələbkardır. Quraqlığa və soyuğa davamlı, işıqsevən, yüngül yarımkölgəyə dözən bitkidir. Torpağa çox tələbkar deyil. Drenajlı, əhəngli, zəngin torpaqlarda və bataqlıqların kənarında bitir. Həyat müddəti 75 ildir. Kütləvi və uzun müddət çiçəkləməsi üçün vaxtaşırı suvarılmalıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Respublikamızda bəzi rayonlarda park və bağlarda rast gəlinir. Mədəni şəraitdə 1641-ci ildən Azərbaycanda becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tək və qrup əkinlərində çox effektlidir. Dekorativ formaları vardır: ağ çiçəkli (f. alba); çoxləçəkli (f. plena).

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm. Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov