Kanada mətbəxi

Kanada mətbəxi — Kanadada yaşayan xalqların ənənəvi mətbəxi. Kanadada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Kanada mətbəxinin mənşəyi Orta əsrlərə uzanır[1].

Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri ayrıca təqdim edirlər. Ən milli yeməkləri bunlardır;

Şəhər mətbəxləri

[redaktə | mənbəni redaktə et]

Toronto mətbəxi — Toronto çox əhəmiyyətli çoxmədəniyyətli müxtəlifliyi olan böyük bir şəhərdir[9][10]. Şəhər daxilində xüsusi mətbəxlərə diqqət yetirilir[11].

Maritimes mətbəxi — Kanadanın Maritimes bölgəsi bəzi unikal qidalara malikdir; bölgədə yerli olan qida maddələri vardır. Region Şərqi Kanadadır. Üç əyalətdən ibarətdir: Yeni Brunsuik, Nova Skotia və Şahzadə Edward Adası. Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-şərqdə Qrenlandiya ilə həmsərhəddir. Yerli və regional yeməkləri ilə məşhurdur[1].

Kanadanın Kvebek əyalətində bir şüşə ağcaqayın siropu istehsal edilmişdir.

Kanada Şimali Amerika qitəsində yerləşən, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəd ölkədir. Bildiyimiz kimi, ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir. Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. Kanada mətbəxi də tarixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə malik ölkənin hər addımbaşında kafe-restoranlara rast gəlinir. Burada yerli yeməklərlə yanaşı, italyan, fransız, çin, yapon və s. mətbəxləri də yer alıb. Ölkə mətbəxində təbii ətdən hazırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifştekslərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklərindən biri «File broşşet»dir ki, bu, file kababına bənzəyir, soğan, sarmısaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir. Qəlyanaltı kimi isə ən çox paştet, pendir, hisdə qurudulmuş siyənək və dəniz məhsulları təqdim edilir. Kanadalıların ən çox sevdiyi duru yemək balqabaq şorbasıdır. Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş makaron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar bu xalqın sevimli yeməkləri sırasındadır. Onların qüruru — ağcaqayın siropudur. Bu siropla hər cür fəsəliləri, bulkaları, piroqları və keksləri yemək olar. Kanadalıların sevimli içkisi — pivədir. Onun da «Labatt» və «Molson» növləri xüsusilə geniş yayılıb. Lakin yüksək keyfiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir[12].

  • Balıq və pivə
  • Flip pasta
  • Ciqs yeməyi
  • Montreal tərzi simit
  • Montreal isti it (hot dog)
  • Montreal stilində ət
  • Nanaimo bar
  • Oka pendiri
  • Oreilles
  • Pootin
  • Suşi pizza
  • Toutin
  • Sarı noxud şorbası

Toronto mətbəxi Toronto çox əhəmiyyətli çoxmədəniyyətli müxtəlifliyi olan böyük bir şəhərdir[9][10]. Şəhər daxilində xüsusi mətbəxlərə diqqət yetirilir[11].

  1. 1 2 Pandi, George, "Let's eat Canadian, but is there really a national dish?", The Gazette (Montreal), 2008-04-05, 2012-08-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-02-02 Also published as "Canadian cuisine a smorgasbord of regional flavours Arxivləşdirilib 2012-08-26 at the Wayback Machine"
  2. Trillin, Calvin, "Canadian Journal, "Funny Food,"", The New Yorker, 2009-11-23: 68–70
  3. Wong, Grace, Canada's national dish: 740 calories -- and worth every bite?, CNN, 2010-10-02, 2011-01-30 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-02-02
  4. Sufrin, Jon, "Is poutine Canada's national food? Two arguments for, two against", Toronto Life, 2010-04-22, 2011-03-22 tarixində orijinalından arxivləşdirilib
  5. Allemang, John, "We like our symbols rooted in the past, and in Quebec", Globe and Mail, 2010-07-03, 2017-02-25 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-02-02
  6. Baird, Elizabeth, "Does Canada Have a National Dish?", Canadian Living, 2009-06-30, 2018-12-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-02-02
  7. DeMONTIS, RITA, "Canadians butter up to this tart", Toronto Sun, 2010-06-21, 2018-12-26 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-02-02
  8. Chapman, Sasha. "Manufacturing Taste". The Walrus. September 2012. January 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 1, 2012.
  9. 1 2 "Toronto's racial diversity". Toronto.ca. 2010-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-24.
  10. 1 2 "Toronto Restaurants". Food.ca. 2004. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-24.
  11. 1 2 "Toronto | Toronto's Neighbourhoods". where.ca. 2010-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
  12. "Kanada mətbəxi". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.