Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı.[1]
Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir.[1]
Kanalın sahili demək olar ki, yoxdur.[1] Onu evlərin fasadı əvəzləyir.[1] Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya.[1] Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər.[1]
Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.[1]