Kaniggia Ginola Elva (14.7.1996[3]) — 2. Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda hücumçu kimi çıxış edən peşəkar Sent-Lüsiya — Kanada futbolçusudur.
Kaniggia Elva | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Kaniggia Ginola Elva | |||||||||||||||||||||
Doğum tarixi | 14 iyul 1996[1][2] (27 yaş) | |||||||||||||||||||||
Doğum yeri | Viyu Fort, Sent-Lüsiya | |||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||
Boyu | 178 sm | |||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||
Klub | Ştutqart FK | |||||||||||||||||||||
Nömrəsi | 36 | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2013-cü ilin noyabr ayında Elva Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda yoxlanışdan keçmişdir. Elva 14 iyul 2014-cü ildə 18-ci ad günündə digər klublardan, xüsusilə də Premyer liqa təmsilçilərindən olan Arsenal FK klubundan da gələn təkliflərə baxmayaraq, yoxlanışdan keçdikdən sonra Ştutqart FK klubu ilə 4 illik müqavilə imzaladı.[4] Kanada vətəndaşlığını qəbul etməməyinə baxmayaraq, Elva Ştutqartın ehtiyat komandası ilə 3. Liqada iştirak edə bilmədi. Həmin müddət ərzində o, U-19 Bundesliqasında iştirak edirdi. Bunun nəticəsində Elva istənilən oyun təcrübəsini əldə edə bilmədi. O, klubun əsas komandası üçün hazır vəziyyətdə deyildi.[5] Sonralar o, xaricdə icarə əsasında çıxış etməyə başlamışdır.
2 fevral 2015-ci ildə Elva Fransanın üçüncü liqa təmsilçilərindən olan Strasburq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır.[6]
Elva 2015-16 mövsümündə Ştutqart II klubu ilə müqavilə imzalamışdır.[7] Elva VfB II komandası ilə debütünü 29 avqust 2015-ci ildə Rot-Veyb Erfurt klubuna qarşı oyunda etmişdir.[8] Elva VfB Ştutqart II ilə ilk qolunu isə 26 fevral 2016-cı ildə Hallesçer klubuna qarşı oyunda vurmuşdur.[9]
Elva Sent-Lüsiyada anadan olduğu üçün buranın vətəndaşlığına sahibdir. O, eyni zamanda beynəlxalq səviyyədə Kanada milli komandasını da təmsil etmək hüququna malikdir.[10]
Elva Sent-Lüsiyanın Karib adalarına daxil olan Viyu Fort adasında futbolçu ailəsində anadan olmuşdur. Atası Sent-Lüsiya millisinin keçmiş hücumçusu, dayısı Olivye Elva isə Sent-Lüsiya millisinin sabiq müdafiəçisi olmuşdur. Elva 13 yaşı olarkən Sent-Lüsiyanı tərk edib Kanadada yaşamağa başlamışdır.[5][11]
Klub | Liqa | Mövsüm | Liqa | Liqa Kuboku | Kontinental Kuboku | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Ştutqart FK II | 3. Liqa | 2015–16 | 21 | 1 | 0 | 0 | 0 | 0 | 21 | 1 |
Regionalliqa Südvest | 2016-17 | 6 | 1 | 0 | 0 | 0 | 0 | 6 | 1 | |
Ümumi | 27 | 2 | 0 | 0 | 0 | 0 | 27 | 2 | ||
Ümumi karyera | 27 | 2 | 0 | 0 | 0 | 0 | 27 | 2 |