Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir.
Kanin Nos | |
---|---|
Yerləşməsi | |
68°39′31″ şm. e. 43°16′16″ ş. u.HGYO | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır[1]. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir[2][3].
Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.