Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır.
Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı.
Bu festival A kateqoriyasına aiddir.
Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı. Bu filmləri juri başçısı və juri üzvləri tərəfindən təltif olunur. Kann Film Festivalında verilən mükafatlar Qızıl Palma Budağı, Qran-pri, Qızıl Kamera, Jüri mükafatıdır.
İlk beynəlxalq film festivalı 1945-ci ildə Auguste və Louis Lumiere tərəfindən reallaşdırılacaqdı. Amma İkinci dünya müharibəsi səbəbindən təxirə salındı. Buna görə də Festival ilk dəfə 1946-cı ildə "Casino de Cannes"də edilmişdir. Siyasi qarışıqlıq üzündən 1968-ci ildə festival keçirilməmişdir.
Kann Film Festivalında gözlənilməyən hadisə 1975-ci ildə yaşanmışdır. Bir azlıq tərəfindən festivalı etiraz etmək məqsədli hücum reallaşmış, Festival bombalanmış, amma bu hücumda ölü və ya yaralı olmamışdır.
Ən fəxri mükafat ən yaxşı film üçün verilən "Qızıl palma budağı"dır.
Digər mükafatları bunlardır:
76 -cı Kaan Film Festivalında vizyona girəcək filmlərin siyahısı: •Club Zero -Jessica Hausner •The Zone of İnterest - Jonathan Glazer •Fallen Leaves -Aki Kaurismaki •Olfa's Daughters -Kaouther Ben Hania •Asteroid City -Wes Anderson •Anatomy of a fall -Justin Triet •Monster -Kore -eda -Hirokazu •Il sol Dell'avvenire -Nanni Moretti •Last summer -Catherine Breillat •Kuru otolaryngology üstünde -Nuri Bilge Ceylan •La Chimera -Alice Rohrwacher •The Passion of Dodin Buffant -Tran Anh Hun •Rapito - Marco Bellocchio •May December -Todd Haynes •Youth -Wang Bing •The Old Oak -Ken Loach •Banel e Adama -Ramata -Toulaye / SY •Perfect days -Wim Wenders •Firebrand -Karim Ainouz