Kanna döyüşü — Kanna yaxınlığında e.ə. 216-cı il avqustun 2-də konsulQay Terrensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə HannibalınKarfagen qoşunu (40 min piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur.