Kantabir sarmaşıq


Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir.[1]

Kantabir sarmaşıq
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir.[1]

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri tək və ya 2-4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2-3 dəfə uzundur.[1]

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5-3,5 mm-dir.[1]

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

May-İyul (Avqust)[1]

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyul-Sentyabr[1]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.[1]

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Quru qayalı, çınqıllı, daşlı, gilli yamaclarda, çəmənlərdə, meşələrdə, talalarda, kolluqlarda, yolların kənarında, cay yatağında, əkin sahələrində alaq kimi rast gəlinir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]