Kantara qalası

Kantara qalası — Kiprdə Beşbarmaq dağlarında bir qaladır. Adanın şimal sahillərinə və Mesarya düzənliyinə nəzarət etmək üçün tikilmişdir. “Kantara” sözü ərəbcə “körpü” deməkdir. Adanın ən şərq qalasıdır və dəniz səviyyəsindən 630 metr yüksəklikdə, Şimali Kiprin Girniya dağlarının yamaclarında yerləşir.[1]

Kantara qalası
Map
Ümumi məlumatlar
Memarlıq üslubu Bizans memarlığı
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Qalanın havadan çəkilişi
Kantara qalasının planı

Onun nə vaxt tikildiyi dəqiq bilinməsə də, əksər mənbələrə görə ərəb hücumları bitdikdən sonra 965-ci ildən sonra bizanslılar tərəfindən inşa edildiyi yazılır. Ancaq ingilis kralı I Riçardın adanı ələ keçirdiyi tarixə qədər qalayla bağlı heç bir qeyd aparılmamışdır.[2] 1489-cu ildə ada venesiyalılar tərəfindən tutuldu. Bu tarixdən etibarən qala öz əhəmiyyətini itirməyə başladı. Beşbarmaq dağlarında Kantara, Müqəddəs Hilarion və Bufavento qalaları Venesiyalılar tərəfindən əhəmiyyətli hesab edilməməsi və əsgər çatışmazlığı səbəbindən tərk edildi. Bəzi mənbələrə görə, qala 1525-ci ildə tərk edilib. Ancaq bəzi digər mənbələr 1529-cu ildə qalanın "möhkəm qala" olduğunu yazırlar. Qalanın tərk edilməsi üçün dəqiq bir tarix olmasa da, başqa bir yazıçı 1562-ci ildə qalanın xarabalığa çevrildiyini bildirir.[3] Qala ilkin formasına sadiq qalaraq 1914-cü ildə təmir edilərək möhkəmləndirilib.[4][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Petre, 2010. səh. 120–123, 126
  2. Morelle, 2014. səh. 298–300
  3. Molin, 1995. səh. 18–28
  4. Morelle, 2014. səh. 293–295
  5. Ucar, 2004. səh. 87–91