Kanxvado (kor. 강화도) — Xanqan çayının mənsəbində yerləşən ada. Cənubi Koreyanın qərbində qərarlaşan əhali sayı 65 500 nəfər olan ada. Ümumi sahəsi 302,4 km² təşkil edir. Kanxva qəzasının İnçxon şəhər dairəsi ərazisinə daxildir. Yarımadadan kiçik bir qolla ayrılır. Əsas torpaqla bir necə körpü ilə birləşir. Belə bir rəvayət vardır ki, Koreya dövlətinin banisi Tanqun adada yerləşən Manisan dağına çıxaraq əcdadlara sitayişlə bağlı ainlər icra edərdi[1].
Kanxvado | |
---|---|
kor. 강화도 | |
Ümumi məlumatlar | |
Sahəsi | 302,4 km² |
Uzunluğu |
|
Eni | 15,7 km |
Hündür nöqtəsi | 469 m |
Əhalisi | 65.500 nəfər |
Yerləşməsi | |
37°42′00″ şm. e. 126°26′47″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |