Müqəddəs Aleksandr Nevski kilsəsi (rus. Церковь святого Александра Невского) — Peterhof şəhərinin Aleksandriya saray-park ansamblında yerləşən və hal-hazırda fəaliyyət göstərməyən pravoslav kilsəsi. Gündəlik həyatda Kapella adı ilə tanınır[1].
Kapella | |
---|---|
Це́рковь свято́го Алекса́ндра Не́вского | |
59°52′50″ şm. e. 29°55′51″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Aleksandr parkı |
Layihə müəllifi | Karl Şinker |
Memar | Adam Menelas və İosif Şarleman |
Sifarişçi | I Nikolay |
Tikilmə tarixi | 1829-1833 |
Üslubu | Neoqotika |
Rəsmi sayt | globus.aquaviva.ru/tserk… |
İstinad nöm. | 7810400035 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1829-cu ildə Kottecin tikintisi başa çatdıqdan sonra, ev kilsəsinin tikintisi zərurəti yaranmışdır. Ev kilsəsinin gələcəkdə Aleksandriyanın qərb hissəsində yerləşəcəyi ərazini I Nikolay şəxsən seçmişdir.
Fasad və plan layihələri məşhur Alman memarı K.F. Şinkel tərəfindən həyata keçirilmişdir. Memar A. Menelas tikinti işlərini birbaşa müşahidə edirdi, onun ölümündən sonra (1831-ci ilin sentyabr ayında) isə, bu rol memar İ.İ. Şarlemana həvalə olunmuşdur.
24 may 1831-ci ildə, ən yüksək İmperator ruhanisi və protopresviter Nikolay Muzovskinin iştirakı ilə, təntənəli şəkildə kilsənin təməlqoyma mərasimi keçirilmişdir.
1834-cü ilin yayında binanın tikinti işləri tamamlanmış və 3 iyul 1834-cü ildə kilsə həmin protopresviter Nikolay Muzovski tərəfindən Müqəddəs və Böyük knyaz Aleksandr Nevskinin şərəfinə təqdis edilmişdir.
Ev kilsəsi imperator ailəsinə məxsus idi və ibadət işləri burada yalnız yay aylarında həyata keçirilirdi.
1918-ci ildə kilsə bağlanır. 1920-ci ildə bağlanılmış kilsə binasında muzey açılır və yalnız 1933-cü ildə həyata keçirilmiş əsaslı təmir işlərindən sonra, burada "Aleksandriya" parkı barədə bəhz edən sərgi açılmışdır.
Bina Böyük Vətən müharibəsi zamanı ciddi zədələnmişdi. 1970-1999-cu illərdə kilsə binasında aparılan bərpa işləri bitirdikdən sonra, burada yenidən muzey açılmışdı. Binanın təqdis olunmasına baxmayaraq, burada ibadət işləri həyata keçirilmirdi. 2003-cü ildə kilsə binasında yenidən bərpa-təmir başlamış və 4 iyun 2006-cı ildə Sankt-Peterburq və Ladoga Mitropoliti Vladimir (Kotlyarov) tərəfindən təntənəli şəkildə təqdis edilmişdi.
26 və 27 sentyabr 2006-cı ildə İmperatriçə Maria Fyodorovnanın Sankt-Peterburq qalasında təkrar dəfn olunması məqsədilə Danimarkadan təcili surətdə çatdırılmış tabutu bir neçə gün məhz bu kilsədə ziyarətçilərə nümayiş olunmuşdu.
Kilsə açıq yüksək ərazidə yerləşir. Bina neoqotika üslubunda inşa olunub. Bu səbəbdən kilsənin ikinci gündəlik adı məhz "Kapelladır".
Planda kvadrat binanın ən əsas elementlərindən biri - altar apsidasıdır. Kənarlarda - 20 metr hündürlüyə malik səkkizkünclü qüllələr, çuqun şpil və qızıl xaçla tamamlanırdı. Kilsənin minə yaxın bədii çuqun tərtibatı 1832-ci ildə Aleksandrov zavodunda Sokolovun modelləri əsasında hazırlanmışdır. Bundan başqa heykəltaraş Vasili Demut-Malinovskinin modelləri əsasında 43 mis heykəl yaradılmışdır.
Hər portal üzərində Sankt-Peterburqun şüşə zavodunda hazırlanan qızılgül-vitrajları, hər vitrajın üzərində isə, bir mələk heykəli quraşdırırlmışdır. Rəngli şüşələr sivri pəncərələrə yerləşdirilmişdir.
Daxili tərtibat işlərində qotik motivlərindən istifadə olunub. Kilsə interyerinin naxışları rəssam A. Neff tərəfindən hazırlanmışdır.