Kapital Bank

Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.

Kapital Bank
Loqonun şəkli
Kapital Bankın əvvəlki loqosu
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Məhsulları Nağd pul krediti, Biznes kreditləri, Birbank
Təsis tarixi Rusiya Əmanət Bankının kassası: 24 iyul 1874
Baş qərargahın yeri
Struktur
İşçi sayı 5000-dən çox
Rəhbərlik
Rəhbərlik Müşahidə Şurasının sədri
Rövşən Allahverdiyev
İdarə Heyətinin sədri
Fərid Hüseynov
kapitalbank.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sumqayıt, Kapital Bank Arena

1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.

1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alındı.

Xidmət şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

Hazırda "Kapital Bank" ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"-ə məxsusdur. Bankın nizamnamə kapitalı 185 mln AZN-dir. 113 filialı və 24 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.[1] 3 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir.[2]

Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 3 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.

2019-cu ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Standard & Poor's və Moody’s tərəfindən reytinqlar verilmişdir. Standard & Poor's agentliyi Kapital Banka uzunmüddətli "BB-/B" reytinqini vermiş, Bankın reytinq proqnozunu "pozitiv" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "BB-/B" olmuşdur. Moody’s İnvestors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba3" səviyyəsində təyin etmişdir. Bütün reytinqlərə "sabit" proqnozu verilmişdir.[3]

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]
Kapital bank. Şuşa filialı
  • Müşahidə Şurasının Sədri — Allahverdiyev Rövşən Şamil oğlu (Kapital Bank)
  • Müşahidə Şurasının üzvü — Cəlal Ələkbər oğlu Qasımov (PAŞA Holdinq, Baş İcraçı direktor)
  • Müşahidə Şurasının üzvü — Fərid Usad oğlu Məmmədov
  • Müşahidə Şurasının üzvü — Rauf Yusif oğlu Hacıyev
  • Müşahidə Şurasının üzvü — Oqtay Arif oğlu Həsənov
  • İdarə Heyətinin Sədri — Hüseynov Fərid Arif oğlu (5 may 2023-cü ildən) [4]
  • İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı — Mirzəyev Cavid Akif oğlu [4]
  • İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı — Məmmədov Emin Ağaverdi oğlu [4]
  • İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı - Hidayətzadə Fərid Səbuhi oğlu [4]
  • İdarə Heyəti sədrinin müavini — Məmmədov Yaşar Zeynalabdı oğlu

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]
  • Bankın Audit Komitəsinin sədri — Əhədzadə Pərvin Şirəli oğlu [5]
  • Bankın Audit Komitəsinin üzvü — Heydərov Ramil Dadaşbala oğlu [5]
  • Bankın Audit Komitəsinin üzvü — Əliyeva Svetlana Hacı qızı [5]
  1. "Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi". Kapital Bank (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  2. "Arxivlənmiş surət". 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  3. https://kapitalbank.az/about-bank/ratings[ölü keçid]
  4. 1 2 3 4 https://www.kapitalbank.az/korporativ-struktur
  5. 1 2 3 "Kapital Bank korporativ idarəetmənın başlıca prinsipləri". www.kapitalbank.az (az.). İstifadə tarixi: 2023-07-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]