Kapitalizm istehsalat vəsaitinin özəl mülkiyyət olmasına və onların qazanc əldə etmə məqsədilə istifadəsinə əsaslanan iqtisadi sistemdir. Kapitalizmə həmçinin azad ticarəti, kapital yığımını, könüllü birjanı və muzdlu əməyi aid etmək olar. Kapitalizmin yaranması, inkişafı və yayılması geniş araşdırma və debatların mövzusuna çevrilmişdir. Bu debatlar bəzən kapitalizmlə əlaqədar vacib suallara cavab vermək üçün lazım olan maddi tarixi məlumatın necə əldə edilməsi barədə olur.[1]
İqtisadiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |