Kapitoli canavarı (Kişinyov)

Kapitoli canavarı (rum. Lupoaica Capitolină) — Moldovanın paytaxtı Kişinyovda yerləşən, Avropadakı bir çox Kapitoli canavarı heykəlindən biri. Abidə Moldovanın Milli Tarix Muzeyinin önündə yerləşir.

Kapitoli canavarı
rum. Lupoaica Capitolină
Xəritə
Ölkə  Moldova
Yerləşir

Kişinyov,

Moldova Milli Tarix Muzeyi
Layihə müəllifi Aleksandr Mixayloviç
Tikilib 1920
Hündürlüyü 0.75 metr (2 ft) (postamentsiz)
Material Bürünc, daş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20-ci əsrin ilk onilliklərində İtaliya Rumıniyaya Kapitoli canavarını Kişinyovda (1921), Buxarestdə (1906), Kluj-Napokada (1921), Trıq-Mureşdə (1924) və Timişoarada (1926) quraşdırılmış beş nüsxəsini bağışladı. Kişinyovda abidə 1923-cü ildə tamamlanaraq Sfatul Tarii Sarayının önünə qoyuldu. 1940-cı ildə SSRİ-nin Bessarabiya və Şimali Bukovinanın işğalının başlanğıcında Kişinyovdan çıxarılan nüsxə məhv edildi.

1990-cı ildə Rumıniya Moldovaya Kapitoli canavarının yeni bir nüsxəsini bağışladı. Yeni heykəl 1990-cı il dekabrın 1-də Moldova Milli Tarix Muzeyinin qarşısında açıldı.

2005–2009 bərpası

[redaktə | mənbəni redaktə et]

2005-ci il parlament seçkilərindən bir qədər sonra, 2005-ci ilin aprelində bürünc heykəl bərpa üçün aparıldı. Abidə Milli Tarix Muzeyinin zirzəmisində saxlanıldı və bərpası siyasi kontekstdən asılı idi. Abidə 2009-cu il iyul seçkisindən bir neçə ay sonra, 1 dekabr 2009-cu ildə yenidən açıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]