Kapron lifi

Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur.

Kapron lifi sintetik liflərə aiddir.

Alınması[redaktə | mənbəni redaktə et]

Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir.

Xassələri[redaktə | mənbəni redaktə et]

Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır. Onların istiliyə davamlılığı da azdır (2150C-də əriyir).

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Kaprondan toxunan məmulatlardan (köynək, corab, süni xəz , xalşa və s.) məişətdə geniş istifadə olunur. Kapron qatranı maşın və mexanizmlərin davamlı hissələrinin, həmçinin paraşüt, kanat və balıq torlarının hazırlanmasında tətbiq olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]