Kaqayan çayı (taqal Cagayan) — Filippin arxipelaqının ən uzun və enli çayı[1]. İzabela, Kaqayan, Kirino və Nueva Viskaya əyalətlərinin ərazilərini keçərək Luson adasının şimal-şərq hissəsi ilə axır. Çayın uzunluğu təqribən 505 km-dir[2].
Kaqayan çayı | |
---|---|
taqal Cagayan | |
Ölkə | Filippin |
Mənbəyi | |
• Yüksəkliyi | 805 m |
Mənsəbi | Sakit okean |
• Yüksəkliyi | 35 m |
Uzunluğu | 505 km |
Hövzəsinin sahəsi | 25649 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İllik axın 9.3943 milyon m³-dir. Çay başlanğıcını Karaballo dağlarından, dəniz səviyyəsindən 1524 m hündürlükdə Dalton aşırımından götürür. Sonra iki dağ sistemi, Mərkəzi Kordiller və Sierra Madre arasında münbit bir vadidən axır. Kaqayan çayının mənsəbi Cənubi Çin və Filippin dənizləri arasındakı Aparri şəhəri ərazisindəki Luzon boğazıdır.
Sol qollar: Çiko, Maqat. Sağ qollar: İlaqan, Pinakanauan.
Maydan oktyabr ayına qədər davam edən yağışlı mövsümdə Kaqayan çayı ilə yanaşı onun qolları da yağışla gursululuq əldə edir. Orta illik yağıntı çayın şimal hissəsində 1000 mm, cənub dağlıq hissədə 3000 mm-ə qədər çatır. Əraziyə görə dağlardan su yavaş-yavaş axır.
Daşqınlar çayda tez-tez baş verir, bu da xeyli insan tələfatına və əhəmiyyətli maddi itkiyə səbəb olur. Ölkə hökuməti çay boyu daşqın təhlükəsi barədə xəbərdarlıq edən bir neçə stansiya quraşdırmışdır.
Kaqayan çayı boyunca toxunulmamış meşələr uzanır. Filippində insan fəaliyyətinə məruz qalmayan bir neçə meşədən biridir. Burada çox sayda vəhşi növ yaşayır. Bunların çoxu endemik və ya nəsli kəsilməkdə olan növlərdir. Məsələn: Gallicolumba luzonical, Filippin qartalı, nadir çay balığı olan Cestraeus plicatilis. Bu balıq ləzzətli dadına görə daha çox tələb olunur. Bu səbəbdən nəsli təhlükə altındadır.
Qalınya əyalətindəki Kaqayan çayı vadisində qədim insanlar tərəfindən ovlanmış hind kərgədanı cinsinin bir növü olan Rhinoceros filippinensisinin daşlaşmış skeleti tapılmışdır. Bu tapıntılar 777 ilə 631 min il əvvələ aiddir[3].
Çay Kaqayan vadisini suları ilə bəsləyir. Torpaqda yüksək məhsul yetişdirməyə imkan verir. Burada düyü, hindistan qozu, xurma, banan, tütün, sitrus bitkiləri, dənli bitkilər becərilir.
Maqat və Çiko çaylarının üzərlərində su anbarları qurulmuşdur. Ətraf ərazilərində neçə mədən fəaliyyət göstərir. Ətraf vilayətlərdən səyahət proqramları var.
Çay dörd vilayətdən keçir: Nueva Vizkaya, Quirino, İsabela və Kaqayan. Bu əyalətlərin təxminən iki milyona yaxın əhalisi var.
İbanaq xalqı qəbilələrinin adını Çağayan çayının qədim adı Bannaqdan götürür. Qaddanq qəbiləsi Kaqayan çayının və onun qollarının yuxarı hissəsində yaşayırdı.