Karasun gölü

KarasunKrasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsilə gölə çevrilmişdir[1] Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar.[2]

Karasun
rus. Карасун
Ümumi məlumatlar
Uzunluğu
  • 45 km
Yerləşməsi
45°02′00″ şm. e. 39°06′11″ ş. u.HGYO
Ölkə  Rusiya
Karasun xəritədə
Karasun
Karasun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib.

Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır.

Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar[3].

Karasun çayı əvvəllər Starokorsun stansiyasından başlanğıcını götürürdü və qərbə axaraq Kuban çayına tökülürdü. Onun ümumi uzunluğu 45–47 km idi. Kuban çayının yatağının dəyişməsi nəticəsində Karasun çayı tamamilə Kubana qarışdı və sonda göllər meydana gəldi.

1870-ci illərdə kazaklar çay üzərində damba inşa etdilər. Məqsəd asanlıqla çayın digər sahilinə keçmək idi. Nəticədə çay bir neçə gölə parçalandı. Göllərin qidalanmasında həm də yeraltı sular da iştirak edirdi. XX əsrin əvvəlində Karasun gölləri bataqlaşmış su hövzəsinə çevrilmişdi.

1890-cı ildə Karasunda, şəhər yaxınlığında 8 damba və dəmir yolu keçməsi üçün xüsusi keçid inşa edildi. Bu da ərazinin bataqlaşmasına gətirib çıxardı.

1960–1970-ci illərdə göllərin bir çoxu quruduldu. Onların yerində şəhərin yeni yaşayış rayonları inşa edildi.

Müəyyən zamanlar Karasun tamamilə dambalarla yüklənmişdi. Sonradan onların çoxu ləğv olundu. Bəzilərinə indi şəhərin bəzi küçələri uğun gəlir. Bəzilərin adaları küçə adlarında özünü qoruyub saxlayıb: Bazovoy damba, Dmitrievski dambası, Ekaterininskaya dambası, Kazak dambası, Karasun dambası, Malinovskaya dambası, Qoqol dambası, Filippovskaya dambası, Çistyakovski dambası, Şaxov dambası.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Общая информация". 2012-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  • "АТАКА НА КАРАСУН". 2010-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  • "Карасуны - мини-курорт в мегаполисе?". 2013-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  • "Фотографии Карасуна на сайте «Съ любовью изъ Екатеринодара»". myekaterinodar.ru (rus). İstifadə tarixi: 2018-12-09.
  1. "Общая информация". 2012-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  2. "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  3. ПЯТЁРКА.РУ ➄ научно-популярный канал. "Карасунские озёра и их обитатели". youtube.com. 2 декабря 2018. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.