Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır.
Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur. Sonda alınan material təxminən 15÷20% məsaməliyə malik olur ki, bunu da tamamilə aradan götürmək olmur. Karbon lifli materialın dartmada möhkəmliyi inert qaz mühitində ətraf temepraturdan (2000 °C) asılı deyil. Sinfosfat materialı ilə hopdurulmuş karbon lifli material oksidləşməyə qarşı tam qorunmuş olur. Bu materiallar təyyarə və kosmik aparatların hazırlanmasında geniş tətbiq olunur. O, əsasən kosmosdan yerə qayıdan aparatların üz qabığı, raketlərin ucluqları, qanadların tilləri, →əyləc diskləri və yüksək temperaturlu sobalarda izoləedici material kimi tətbiq tapır.