Bu məqalə qaralama halındadır. |
Karbonatitlər, Breqqer, 1920 - əsasən endogen karbonat süxurları əhatə edən ultraəsasi, qələvi ultraəsasi — qələvi süxurlar; bəzən qələvi qabbroidlərlə birlikdə, mürəkkəb intruziv komplekslərə daxil olurlar. Sonralar karbonatitlər qələvi – ultraəsasi və qələvi tərkibli vulkan aparatlarında geniş yayılması müəyyən edilmiş effuziv və piroklastik karbonatitlər və habelə avtonom xalis karbonatitlər cismləri aşkar edilmişdir. Süxurəmələgətirən karbonatların tərkibinə görə kalsitli (sinonim: Sevitlər, Alvigitlər), dolomitli (sinonim: Rauxagitlər, Beforsitlər), ankeritli və sideritli karbonatitlər ayrılır. Karbonatitlər ilə tantal, niobium, nadir torpaq elementlərinin apatit, vermikulit, flüorit, mis (sulfid), dəmir və b. yataqlar əlaqədardır. Effuziv karbonatitlər xüsusilə natrium-karbonat (29–30% NaO2) tərkibli olur. Karbonatitlər intruziv massivlərdə ştok, konusvari və dairəvi daykalar, ştokverk, partlayış boruları tipli kütlələr təşkil edir. Vulkan aparatlarında Karbonatitlər vulkan boğazını dolduraraq "plug" tipli kütlələr yaradır. Effuziv karbonatitlər lava axınları, kül örtükləri və konuslar təşkil edir. Karbonatitlər, ümumiyyətlə, poligen əmələgəlmələrdir. Maqmatitlər (effuzivlər) və hidrotermalitlər (intruziv komplekslərdəki aşağı temperaturlu gec karbonatitlər) ayrılırlar, lakin karbonatitlər əsas hissəsinin genezisi haqqında vahid fikir mövcud deyildir; aşağıdakı təsəvvürlər vardır:
Karbonatitlər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |