Karina Lipiarska

Karina Lipiarska (16 fevral 1987) — Polşalı oxatan. Karina Lipiarska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karina Lipiarska
Şəxsi məlumatlar
Tam adı Karina Lipiarska-Palka
Vətəndaşlığı Polşa Polşa
Doğum tarixi (36 yaş)
Doğum yeri
İdman növü Kamandan oxatma
3 sentyabr 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Karina Lipiarska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Yasəmən Əcəm Anagöz ilə üz-üzə gəldi. Həmin görüşdə Karina Lipiarska rəqibinə 5:6 hesabı ilə uduzdu.

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]