Karkemiş tarixi Erkən Mis dövrü ilə bağlı olan və hal-hazırda Türkiyə ilə Suriya ölkələrinin ərazilərinsə yerləşən qədim şəhər. Xet və Assuriya İmperiyası dövrlərində önəmli şəhərlərdən biri olan Karkemiş Roma dövründən sonra önəmini itirməyə başlamışdır.
Karkemiş | |
Karkemiş | |
---|---|
yun. Εὔρωπος lat. Europus | |
| |
36°49′47″ şm. e. 38°00′54″ ş. u.HGYO | |
Ölkə | |
Digər adı | Karkemış, Karxemış, Karxemiş, Karxemis |
Dağılma tarixi | IX əsr |
Müasir yeri |
Türkiyə Suriya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ən qədim yazılı mənbələrdə yalnız Aplahandanın hakimiyyəti dövründə adı qeyd edilən Karkemişin bu dövrlərdə vassal bir şəhər olduğu və yerli xalqın ticarət etdiyi ərazi olduğu müəyyən edilmişdir. Aplahandanın oğlu Yahdul-Limin ölümündən sonrakı üç əsrlik dövr haqqında məlumatın olmadığı qədim şəhər növbə ilə Mitanni, Misir, Xetlər, Assuriya, Yeni Babil, Əhəmənilər, Makedoniya, Selevkilər və Romanın hakimiyyəti altına keçmişdir. Siro-Xetlər dövründə ən parlaq dövründə yaşayan Karkemiş şəhəri orta əsrlərdən sonra tamamilə tərk edilmişdir.
Hündürlüyü 370 metr olan tarixi məkanın Türkiyə ərazisində yerdə qalan hissəsinin qeydiyyatı 28 avqust 1986-cı il tarixində baş tutmuşdur. 1699-cu ildə tapılan qədim şəhərin ərazisində 1910-cu illərdə Britaniya Muzeyi tərəfindən bir neçə dəfə qazıntı işləri aparılmışdır. Türkiyə Respublikasının elanından sonra hərbi qadağa qoyulan əraziyə çevrilən Karkemiş şəhərində növbəti qazıntı işlərinin aparılması 2011-ci ildə mümkün olmuşdur. Sonuncu qazıntı işləri isə 2012-ci ildə baş tutmuşdur. Suriya dövləti ərazisində yerləşən xarici ərazidə isə 2006 və 2010-cu illərdə qazıntı işləri həyata keçirilmişdir. Hal-hazırda Suriyada baş verən vətəndaş müharibəsi səbəbi ilə Suriyə ərazisində arxeoloji qazıntı işləri aparılmır.
Qədim Babil və Misir dövləti arasında baş vermiş Karkemiş döyüşü Karkemiş şəhərində aparılmışdır. Karkemiş şəhərindən "Kitab-i Müqəddəs" kitabında bəhs edilmişdir.