Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[1][2][…] – 13 avqust 1957[1][2][…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır.
Karl Stomer | |
---|---|
Doğum adı | Fredrik Carl Mülertz Størmer |
Doğum tarixi | 3 sentyabr 1874[1][2][…] |
Vəfat tarixi | 13 avqust 1957[1][2][…] (82 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | ədədlər nəzəriyyəsi, Qütb parıltısı |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı.[3][4] Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi.[3][4]
Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi. Skandinaviya riyazi konqreslərində müntəzəm olaraq iştirak etmiş və 1936-cı ildə Osloda keçirilən Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti seçildi.O, 13 avqust 1957-ci ildə Blindern-də vəfat etmişdi.[3][5][6][7]
Tələbə günlərindən başlayaraq o, həvəskar bir küçə fotoqrafı idi [8]. 70 yaşına yaxın Osloda illər boyu çəkdiyi məşhurların fotoşəkillərini sərgiləmişdi.Çəkdiyi şəkillərdən birinə isə Henrik İbsendə təsadüf etmişdi.[9]
1900-cü ilin fevralında Ada Klausonla (1877-1973) evləndi və beş övladı anadan oldu.[4] Onların oğlu Leyf Stormer Oslo Universitetində tarixi geologiya professoru idi.[10] Qızı Henni Karl Otto Lovenskiyold ilə evlənmişdi.Karl Stormer eyni zamanda riyaziyyatçı Erlinq Stomerin babasıdır.[11][12]
Størmerin 18 yaşında ikən nəşr olunan ilk riyazi nəşri, tərs triqonometrik funksiyasının Taylor genişlənməsini ümumiləşdirən triqonometrik seriyalara aid idi. Bir neçə il sonra bu problemi yenidən araşdırdı.
Sonra, "Qreqori nömrələri" adlandırılan rasional birləşmə şəklində göstərilə bilən maşına bənzər bir formulu sistematik şəkildə araşdırdı.Bu, Maşinin orijinal düsturu idi.Stormer G-ni iki Qreqori nömrəsinin rasional birləşməsi şəklində təmsil etməyin başqa üç yolu olduğunu göstərdi. Sonra üç Gregory nömrəsinin birləşməsini araşdırdı və bu formanın 102 nümayəndəsini tapdı, lakin bu tip əlavələrin həll olacağını müəyyənləşdirə bilmədi.Bu nümayəndəliklər π-nin ədədi yaxınlaşmalarını hesablamaq üçün sürətli alqoritmlərə səbəb oldu.