Karlos Kayzer

Karlos Enrike Rapozo və ya Karlos Kayzer (port. Carlos Henrique Raposo; 2 iyul 1963[1] və ya 2 aprel 1963) — Braziliyalı futbolçu hesab edilən şəxs. Peşəkar futbolçu kimi bacarıqları olmasa da, iyirmi il ərzində Braziliya, Argentina və Meksikanın yüksək divizionlarında çıxış edən bir çox komanda ilə müqavilə bağlamağı bacarıb. O, bütün karyerası ərzində bir oyun keçirməyib. Cəmi bir dəfə meydana çıxmaq üzrə olsa da, həmin oyunda isinmə hərəkəti zamanı qırmızı vərəqə alıb. Karlos çoxlu zədələrə məruz qalmaqla və tez-tez komanda dəyişikliyi etməklə, həmçinin digər hiylələrlə futbolçu keyfiyyətlərinin olmadığını gizlədə bilib.[2] The Guardian Kayzeri futbol tarixinin ən böyük fırıldaqçısı adlandırıb.[3]

Karlos Kayzer
Ümumi məlumatlar
Tam adı Karlos Enrike Rapozo
Doğum tarixi 2 iyul 1963(1963-07-02)[1] (61 yaş) və ya 2 aprel 1963(1963-04-02) (61 yaş)
Doğum yeri Portu-Aleqri, Rio Qrande do Sul, Braziliya
Vətəndaşlığı
Boyu 1.84 m
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1972–1973 Botofaqo
1973–1979 Flamenqo
Klub karyerası[* 1]
1979 Meksika Puebla 0 (0)
1979–1981 Braziliya Botofaqo 0 (0)
1981–1983 Braziliya Flamenqo 0 (0)
1983–1985 Argentina İndependyente 0 (0)
1985–1986 Braziliya Banqu 0 (0)
1986–1987 Fransa Qazelek 0 (0)
1987–1988 Braziliya Flamenqo 0 (0)
1988 Braziliya Banqu 0 (0)
1988–1989 Braziliya Flüminense 0 (0)
1989 Braziliya Vasko da Qama 0 (0)
1989–1990 ABŞ El Paso Patriots 0 (0)
1990–1991 Braziliya Amerika (RJ) 0 (0)
1991–1992 Braziliya Botofaqo 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Jurnalist Rob Smitin "Kayzer: Heç Vaxt Futbol Oynamayan Ən Böyük Futbolçu" kitabı 2018-ci ildə nəşr edilib.[4][5]

  1. 1 2 Confessions of Carlos Kaiser: football’s biggest conman. FourFourTwo.
  2. "A história de Carlos Henrique Kaiser, o Forrest Gump do futebol brasileiro". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-22.
  3. "The forgotten story of ... Carlos Kaiser, football's greatest conman | Rob Smyth". the Guardian (ingilis). 2019-04-25. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  4. Smyth, Rob. "The forgotten story of ... Carlos Kaiser, football's greatest conman". The Guardian. 26 aprel 2017. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2017.
  5. "Reviews - The Possible World; Kaiser! The Greatest Footballer Never to Play Football; Forest Dark – review". The Guardian. 5 avqust 2018. İstifadə tarixi: 28 sentyabr 2018.