Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi | |
---|---|
rus. Мартыновский краеведческий музей имени Карпенко | |
Əsası qoyulub | 1967 |
Ölkə | |
Yerləşir | , Rusiya |
Direktor | Yekaterina Petrovna Marmazina |
48°39′15″ şm. e. 40°36′42″ ş. u. |
Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46
Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd).
2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür. Bu köhnə bir bina idi. 2005-ci ildə Martınovka qəsəbəsində doğulan yazıçı Vladimir Vasileviç Karpenko vəfat etdikdən sonra Martınov rayonu sakinlərinin müraciyyəti ilə muzeyin anı onun şərəfinə adlandırılır. Bu qərar Martınov rayon deputatlarının qərarı ilə öz təstiqini tapır. 2008-ci ilin noyabrında «Martınov rayon diyarşunaslıq muzeyi» «Karoenko adına Martınov diyarşunaslıq muzeyi» olaraq təyişdirildikdən sonra rayon buccəsi hesabına maliyyələşir. Üstəlik "Martınov rayon" mülkiyyətindədir.
Hazırda muzeydə böyük miqdarda eksponat sayı vardır. Muzeyin əsas ekponat fondu 3333 ədəddir. Üstəlik elmi-yarımçı eksponatların sayı isə 1439 ədəddir. Muzey ekponatların sayı yerli əhalinin köməyi sayəsində artmaqdadır. Muzeyin əsas eksponatlarının çeşid bölgüsü aşağıdakı kimidir: məktublar, əşyalar, numizmatik kolleksiyalar, silah kolleksiyası və silah ləvazimatları. Muzey bazar və bazar ertəsi günləri xaric hər gün saat 8-00 - 17-00 arası açıq olur.