Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Karpyeyənlər və ya quyruqqəlsəməlilər lat. Branchiura dəstəsinin nümayəndələri iri xərçənglərdir.
Karpyeyənlər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Karpyeyənlər - 3–15 mm uzunluğunda iri xərçənglərdir. Yastı bədəni ön və arxa şöbələrdən ibarətdir. Ön, baş-döş şöbəsi üstdən enli baş-döş qalxanla ör¬tülmüşdür. Bel səthində bir cüt faset göz, onların arasında isə üç sadə nauplial gözcük yerləşir. Bir cüt ikişaxəli üzgəc ayaqları ilə təchiz edilmiş dörd döş seqmenti də qalxanla örtülmüşdür. Bədən qarın şöbəsi ilə qurtarır, bunun sonunda isə furkal şaxələr vardır. Ön şöbənin çıxıntıları sahibin bədəninə yapışmağa, arxa şöbəninkilər isə üzməyə xidmət edir. Hər iki cüt antenalar çox qısadır. Çeynəmə çənələri arxaya yönəlmiş xortumcuq təşkil edir. Bu xortumcuq balığın bədən örtüyünə daxil edilir və onların qanını sormağa xidmət edir. Xortumcuğun yanlarında əmziklər yerləşmişdir. Dörd cüt döş ayaqcığı lələkli qıllarla təchiz olunmuşdur və bel tərəfi ilə yuxarıya doğru üzməyi həyata keçirir.
Karpyeyənlər şirin və şor sularda, müxtəlif balıqların dərisində yaşayırlar. Cəmi 60 növü məlum olan bu dəstənin 2 növü Azərbaycanda yaşayır.
Argulus coregoni Thorell Kür nərə zavodlarında nərə körpələrinin dərisi üzərində qeydə alınmışdır. Xəzər və Qara dənizlərin hövzələrində, Amur çayında, Kola yarımadası, Sankt-Peterburq vilayəti və Kareliyanın su hövzələrində yayılmışdır. A.follaceus (L.) Aşağı Kür göllərindən Hacıqabul, Şilyan, Naxalıxçala göllərində və Mingəçevir su anbarında tapılmışdır. Külmə, karp, sıf və b. balıqların parazitidir. Güclü patogen növdür. Arqulyozdan balıqların kütləvi qırılması məlumdur. Hər yerdə yayılmış növdür. Karpyeyənlər bəzən nohurlarda karpların qırılmasına səbəb olur. Kürəkayaqlılardan fərqli olaraq, onlar doyandan sonra balıqdan əl çəkir və su qatlarında üzürlər.
AZƏRBAYCANIN HEYVANLAR ALƏMİ,II cild, Bakı, Elm, 2004