Karyagin kəklikotu


Karyagin kəklikotu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması:[redaktə | mənbəni redaktə et]

Qafqaz

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Qobustanda yayılmışdır.

Statusu:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. CR A2c; B1ac(i,ii)+2ab(i,ii).

Bitdiyi yer:[redaktə | mənbəni redaktə et]

Daşlıq yamaclarda bitir.

Təbii ehtiyatı:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı dardır.

Bioloji xüsusiyyətləri:[redaktə | mənbəni redaktə et]

Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tkcüklüdür. Yarpaqları uzunsov-lansetvari və ya əks-yumurtavari, uzunluğu 4–10 mm, eni 2–4 mm olub çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklərlə örtülüdür. Yarpaqların yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür. Kasacığın yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 6–7 mm, parlaq çəhrayıdır. V-VI aylarında çiçəkləyir, VII ayında meyvə verir.

Çoxalması:[redaktə | mənbəni redaktə et]

Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:[redaktə | mənbəni redaktə et]

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə edilir.

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

  • Флора Азербайджана. т.7. 1957;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-siyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.