Karyagin kəklikotusu

Karyagin kəklikotusu (lat. Thymus karjaginii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.

Karyagin kəklikotusu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Thymus karjaginii

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda rast gəlinir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Meyvəsiz sürünən zoğları olan yarımkolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 2-5 sm, sıx, qısa tükcüklüdür. Yarpaqları uzunsov-neştərvari və ya əks-yumurtavari, uzunluğu 4-10 mm, eni 2-4 mm-dir. Çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, kənarları tükcüklüdür. Yan damarcıqları alt tərəfində üstə çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür. Yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu 6-7 mm, parlaq çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, iyul ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir, arealı dardır. Qobustanda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dərman əhəmiyyətli bitkidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]