Kasıb innovasiyası

Kasıb innovasiyası və ya Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir.

Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır.

  • Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır.
  • Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır.
  • Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir.

Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır.

Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var. Əldə olan resursların azlığı faktiki olaraq bu ölkələrdə sadə, az xərc tələb edən və ağıllı üsullarla lokal ehtiyaclara cavab vermək tələbini innovatorların qarşısına çıxarır.

Kasıbyana innovasiya və aşağı xərclər

[redaktə | mənbəni redaktə et]

Kasıbyana innovasiya Aşağı-xərc (ingiliscə: Low Cost) yanaşması deyil, çünki burada məqsəd xərcləri və qiymətləri azaltmaq üçün daha az xidmət təklif etmək deyil. Kasıbyana innovasiyanın məqsədi hər hansı ehtiyacı onu sadələşdirməyə çalışmadan başa düşmək və ona dəqiq şəkildə cavab verməkdir. Həmçinin bunu qənaətbəxş bir üsulla və sofistikasiya olmadan etməyə çalışılır. Ehtiyacın özü yox, onun təmin olunması üsulları sadələşdirilir.

Kasıbyana innovasiyanın prinsipləri

[redaktə | mənbəni redaktə et]

Kasıbyana innovasiyanın təməli olaraq müxtəlif prinsiplər göstərilir: Uğursuzluq şəraitində imkanların araşdırılması, daha az ilə daha çoxu etmək, dəyişəbilərlik, sadəlik, marjinalların inteqrasiyası, intuisiya, mötədillik, çeviklik, yeni iqtisadi modellərin yaradılması, mövcud texnologiyaların yenidən istifadəsi.

Kasıbyana innovasiya və sənayedə TT (Tədqiqat və Təkmilləşdirmə)

[redaktə | mənbəni redaktə et]

Kasıbyana innovasiya çox vaxt Qərbdə böyük TT (R&D) laboratoriyaları tərəfindən yaradılmış bir sənaye innovasiyası modelləri ilə ziddiyyət təşkil edir.

  • General Electric: MAC400
  • Dacia (Renault) Logan
  • Mobil telefonla ödəmə
  • Su butulkasında lampalar
  • Tata Nano
  • MittiCool: gil torpaq üzərində soyuducu. Bir zəlzələdən sonra bir hindli dulusçu tərəfindən icad edilib və o, elektrik istifadə etmədən və təkraristifadəyə yararsız tullantılar yaratmadan klassik soyuducunun sahib olduğu performansı əldə edib.