Kasa de la Val — bu ştatın paytaxtı Andorra la Vellada Andorra Baş Şurasının binası. Kasa de la Val, müdafiə qülləsi ilə birlikdə 1580-ci ildə aristokrat Busquets ailəsinin ailə evi kimi tikilmişdir.[1] Bina üç mərtəbəlidir. Divarları kobud daşdan tikilib. Onun iki küncündə qüllə şəklində hazırlanmış qədim göyərçinxanaları görmək olar. Parlamentin qarşısındakı parkda Françesk Viladomatın "Rəqs" heykəli var.[2] Kasa de la Valın birinci mərtəbəsində knyazlığın hüquq xidməti və məhkəmə palataları yerləşir. İkinci mərtəbədə Baş Şuranın iclas zalı, San Ermenqol Kapellası və Yeddi Açarın Anbarı — Andorra tarixinə dair ən qiymətli sənədləri saxlayan dövlət arxivi var. Bu otaq yalnız yeddi açarla açıla və ya bağlana bilər. Üçüncü mərtəbədə antik mətbəx var. Burada məclis üzvləri üçün yemək hazırlayırdılar, çünki knyazlığın qanunlarına əsasən, onların əvvəllər baxılan bu və ya digər məsələ ilə bağlı yekun qərar qəbul olunmayana qədər binanı tərk etmək hüququ yox idi.
Kasa de la Val | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 42°30′24″ şm. e. 1°31′14″ ş. u. |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın əsas qapısının üstündə Andorranın gerblərini və daşla oyulmuş Buskets evini görmək olar.