Kaspi Global

Kaspi Global2011-ci ildə yaradılan istehsalçı Azərbaycan şirkəti[1].

Kaspi Global
Ümumi məlumatlar
Təsis tarixi mart, 2011

Tarixi[redaktə | mənbəni redaktə et]

Kaspi Global şirkəti 2011-ci ilin mart ayında yaradılıb. Şirkət əsas reklam, televiziya proqramları, film, serial çəkilişləri üzrə ixtisaslaşıb. Qısa müddət ərzində "Son hədd", "Çaqqal nəfəsi", "Aydın" adlı seriallar istehsal edib. Hər üç serialda çalışan yaradıcı heyət, dünyanın müxtəlif ölkərindən dəvət edilmiş peşəkar komandalardan ibarətdir. "Son hədd" serialı Azərbaycan, "Çaqqal nəfəsi" İran, "Aydın" serial isə almangürcü kino əməkdaşlarından təşkil edilib[2].

Şirkətdə çəkiliş və istehsal üçün yalnız müasir, yüksək səviyyəli texniki avadanlıqdan istifadə edilir. Çəkilən məhsulların montaj prosesi, qrafika işləri və səs efektləri “Adobe Premiere”, “Avid”, ”Final Cut Pro X”, “3Ds Max”, “Adobe After Effects”, “DaVinci Resolve”, “Pro Tools HD” proqramlarında aparılır[2].

Bundan başqa şirkətin 626 kv/m² və 825kv/m² sahəli studiyalar var. Ayrıca 33 kv/m², 63 kv/m² sahəli pavilyonlar, 6 studiya, 1 xromokey otağı, qrim və kostyum otaqlarıda şirkətin nəzdindədir[2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Son hədd (film, 2012)
  2. Çaqqal nəfəsi (film, 2012)
  3. Aydın (film, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; AZADİNFORM adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 3 "Haqqımızda". Caspian Global Production (az.). kaspi-global.com. 2017-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.