Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir.
Kaspiosoma xulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kaspiosoma xulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Qara, Azov və Xəzər dənizlərində, eləcə də onlara tökülən çayların aşağı axarlarında yayılmışdır. Azərbaycan sahillərində Samur-Yalama sahəsində seyrək rast gəlinir.
Dib həyatı keçirir. Bentik onurğasızlarla, yosunlarla qidalanır.
Cinsi yetginliyə 1 yaşında çatır. Məhsuldarlıq 20–65, maksimum 181 kürü təşkil edir. Kürüləmə çayların qumlu və zəif bitki örtüyü ilə örtülü olan (dərinliyi 0,5–0,8 m) çayların yuxarı və aşağı hissələrində baş verir. Kürüsünü iyun ayının sonu avqustun əvvələrində molyuskaların çanağının altına tökür. Orda özünə yuva düzəldir. Yuvanı erkək fərd qoruyur.[2]
Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfındən ovlanır.