Kassada müvəffəqiyyətsizlik

Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur.[1][2]

Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr

[redaktə | mənbəni redaktə et]

FacebookTwitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər.[3]

Qeyri-film şərtləri

[redaktə | mənbəni redaktə et]

Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi.[4]

Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.[5]

Bəzən 2001-ci ildəki 11 sentyabr hücumları, 2017-ci ildəki Harvi qasırğası və COVID-19 pandemiyası kimi milli böhran dövrlərində və fəlakətlərdən dərhal sonra nümayiş olunan filmlər kassada müvəffəqiyyətsizliyə səbəb olur.[6][7][8]

Yüksək istehsal xərcləri

[redaktə | mənbəni redaktə et]

Filmin nümayişindən əldə edilən ümumi gəlirlərin rəqəmlərini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bu pulların hamısı kinostudiyaya getmir. Ümumi gəlirin bir hissəsi filmin investorları və distribütorları tərəfindən alınır. Bir studiya adətən ümumi gəlirin yarısını əldə edir.[9]

Böyük bir büdcəli film, filmin nümayişi zamanı əldə edilən gəlirlər baxımından kifayət qədər yaxşı performans göstərsə belə, filmin maliyyə cəhətdən müvəffəqiyyətsiz olmasına səbəb ola bilər; Məsələn, 1980-ci illərin Cənnət Qapısı planlaşdırılmış istehsal qrafikini üç ay ötmüş,[10] bu da öz növbəsində filmin büdcəsinin 12 milyon dollardan 44 milyon dollara yüksəlməsinə səbəb olmuşdur.[11] Film kassada cəmi 3,5 milyon dollar əldə etməyi bacarmışdır.[12]

2005-ci ildə çəkilmiş “Sahara” filminin büdcəsi istehsal, yayım və digər xərclər də daxil olmaqla 281,2 milyon dollara yüksəlmiş idi.[13] Film kinoteatrlarda cəmi 119 milyon dollar, televiziya və digər subvansiyalar da daxil olmaqla ümumilikdə 202,9 milyon dollar gəlir əldə etmiş və nəticə etibarı ilə 78,3 milyon dollar xalis zərər etmişdir.[13][14] 2012-ci ildə Disney şirkəti Con Karter filmində 200 milyon dollar zərər etdiyini bildirmişdir. Film bütün dünyadan 234 milyon dollar gəlir əldə etmiş, lakin bu onun 250 milyon dollarlıq büdcəsi və dünya miqyasında reklamı üçün xərclənmiş xərclərini ödəmək üçün kifayət etməmişdir.[15]

2007-ci ildə çəkilmiş Qızıl Kompas filminin istehsal büdcəsi 200 milyon dollar idi. Filmi maliyyələşdirmək üçün New Line Cinema filmin bütün beynəlxalq yayım hüquqlarını dünyanın müxtəlif film distribütorlarına satmalı olmuşdur. Film ölkə daxilində aşağı performans nümayiş etdirmiş, lakin beynəlxalq bazarlarda çox böyük müvəffəqiyyətlər əldə etmişdir. Filmin istehsalçısı olan New Line Cinema şirkəti isə beynəlxalq kassadan heç bir paya malik deyildi. Bu hadisələr New Line Cinema şirkətinin Warner Bros.un bir bölməsinə çevrilməsində mühüm amillərdən biri olmuşdur.[16]

Sonradan yaxşılaşma

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə “flop” (“müvəffəqiyyətsiz”) kimi görünən filmlər başqa yerlərdən gəlir gətirə bilərlər. Bəzi filmlər çəkildikləri mənşə ölkələrində aşağı performans göstərmiş, lakin beynəlxalq miqyasda itkilərini kompensasiya etmiş və hətta maliyyə baxımından fenomenə çevriləcək qədər kassada yüksək nəticələr göstərmişdirlər.[17] Filmlər həmçinin beynəlxalq yayım, televiziya sindikasiyasına satış, kinoteatrlardan kənarda yayım və ev media relizləri vasitəsilə də pul qazana bilərlər.[18] 1995-ci ildə çəkilmiş post-apokaliptik döyüş filmi Waterworld o dövrdə çəkilmiş ən bahalı film idi və istehsalda ciddi çətinliklər yaşayırdı. O, ABŞ kassasında nisbətən yaxşı performans nümayiş etdirsə də, ilkin olaraq gəlir gətirməmiş və kassa müvəffəqiyyətsizliyi kimi tanınmışdır. Bununla belə, beynəlxalq kassa gəlirləri və video satışları onu bir gəlirli layihəyə çevirmişdir.[19]

Digər filmlər ya kinoteatrlarda nümayiş etdirilməkdən çıxarıldıqdan çox sonra kult filmlərə çevrilərək, ya da zamanla yenidən qiymətləndirilərək müvəffəqiyyət qazanmışdırlar. Bu təsvirə uyğun gələn yüksək profilli filmlərə Vertigo[20], Blade Runner, The Wizard of Oz, It's a Wonderful Life, Citizen Kane, Willy Wonka & the Chocolate Factory[21] və The Shawshank Redemption[22] daxildir. Bu filmlər kassada pul itirsələr də, o vaxtdan populyarlıq qazanmışdırlar.

Studiyanın batması

[redaktə | mənbəni redaktə et]

Tək bir filmin zəif performansının studiyanı maliyyə itkilərinə sürükləməsi adi haldır. Bununla belə, ekstremal hallarda bir film studiyasını iflasa və ya bağlanmağa sövq edə bilər. Buna misal olaraq United Artists (Cənnət Qapısı filmi)[23] və Carolco Pictures (Cutthroat Island filmi)[24][25] studiyalarını göstərmək olar. Qızıl Kompas beynəlxalq kassada müvəffəqiyyətlər qazanmış və dünya miqyasında 372 milyon dollar gəlir əldə etmişdir, lakin onun Şimali Amerikada kassa performansının zəif olması Warner Bros.-un New Line Cinema şirkətinə birbaşa nəzarət etmək haqqında verdiyi qərarında əsas amil kimi göstərilmişdir.[26]

2001-ci ildə Squarein bir bölməsi olan Square Pictures yeganə filmi olan Final Fantasy: The Spirits Withini buraxmışdır. Bu film tənqidçilərdən həm yaxşı, həm də pis rəylər almış və filmin çəkilişlərinə sərf edilmiş olan 145 milyon dollarlıq vəsaiti geri qaytara bilməmişdir.[27] Filmin mübarizələrindən sonra Square Pictures daha bir yeni film istehsal etməmişdir. Onlar indi Square Enixin Visual Works kimi birləşdirilmiş törəmə şirkətidir.[28] 2011-ci ildə istehsal olunan Mars Needs Moms cizgi filmi ImageMovers Digital tərəfindən buraxılan sonuncu film olmuşdur. Bu filmdən sonra filmi çəkən studiyanın səhmlərini Disney satın almış və studiya Disneyin tərkibində ImageMovers adı ilə fəaliyyətinə davam etmişdir. Studiyanın batmasının səbəbi çəkdiyi son cizgi filminin şirkətə təxminən 140 milyon dollar zərər verməsi olmuşdur. Bu nominal dollar ifadəsində bütün zamanların ən böyük kassa müvəffəqiyyətsizliyi hesab olunur. Bu itkiyə baxmayaraq, filmin nümayişinə bir il qalmış istehsal şirkətinin bağlanması qərarı verilmişdir.[29]

Müstəqil filmlər

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə çəkilmiş müstəqil film olan Zyzzyx Road ABŞ kassasında cəmi 30 dollar qazanmışdır. 1,2 milyon dollarlıq büdcə ilə çəkilmiş filmdə Tom Sizemore və Katherine Heigl baş rollarda oynamışdır. Bu kiçik gəlir filmin məhdud nümayiş etdirilməsi ilə əlaqədardır. Film Aktyorlar Gildiyasının tələblərinə cavab vermək üçün Dallasdakı tək bir kinoteatrda cəmi altı gün nümayiş etdirilmişdir.[30][31] Baş rol ifaçısı Leo Grillonun dediyinə görə, o, cəmi altı bilet saymışdır ki, onlardan ikisi də filmin aktyor heyəti üçün idi.[32]

Əvvəllər 2000-ci ildə Britaniyada çəkilmiş “Offending Angels” filmi kassada 100 funt-sterlinqdən (~150 dollar[33]) az gəlir əldə etməklə məşhurluq qazanmışdır.[34] Onun büdcəsi 70.000 funt sterlinq (~$105.000[33]) idi. Film BBC şirkəti də daxil olmaqla tənqidçilər tərəfindən “həqiqətən dəhşətli zibil yığını”[35] və Total Film tərəfindən isə “geriyə qaytarılması mümkün olmayan” kimi təsvir edilmişdir.[36]

2011-ci ildə The Worst Movie Ever! (“Ən pis film!”) ABŞ-da cəmi 11 dollara açılmışdır. Film sadəcə olaraq bir kinoteatrda nümayiş etdirilmişdir.[37]

Kult kino

  1. "Greatest Box-Office Bombs, Disasters and Flops". Filmsite.org. 2008-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  2. "The 15 Biggest Box Office Bombs". CNBC.com. 2010-08-23. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  3. "A Century in Exhibition-The 2010s: The Great Disruption". boxofficepro.com. August 27, 2021. August 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2022.
  4. "Intolerance (1916)". www.filmsite.org. 2015-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  5. "FIFA film 'United Passions' one of worst in U.S. box office history". ESPN. iyun 18, 2015. iyun 18, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 18, 2015.
  6. Kelley, Seth. "Box Office Disaster: Lackluster Releases, Mayweather-McGregor, Hurricane Harvey Create Slowest Weekend in Over 15 Years". Variety. 2017-08-27. 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  7. "Weekend Box Office". Boxofficeguru.com. 2001-09-17. 2001-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  8. Erlichman, Jon. "Box office bomb: COVID-19's impact on the movie theatre business". BNN Bloomberg. March 13, 2020. April 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2020.
  9. Hornaday, Ann. "We're awash in box-office statistics. But what do the numbers really mean?". The Washington Post. April 5, 2018. April 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2022.
  10. Miller, Alexander. "Unmaking of an Epic – The Production of Heaven's Gate". filminquiry.com. 27 aprel 2015. 28 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
  11. Burr, Ty. "Ty Burr revisits 'Heaven's Gate'". The Boston Globe. 24 November 2012. 8 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  12. "Heaven's Gate (1980)". Box Office Mojo. 17 December 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  13. 1 2 Bunting, Glenn F. "$78 million of red ink?". Los Angeles Times. 15 aprel 2007. Archived from the original on 7 may 2014. İstifadə tarixi: 13 yanvar 2020.
  14. Bunting, Glenn F. "Jurors hear tales of studio maneuvering". Los Angeles Times. 5 mart 2007. Archived from the original on 27 mart 2009. İstifadə tarixi: 4 avqust 2021.
  15. "John Carter flop to cost Walt Disney $200m". bbc.co.uk. BBC News. 20 mart 2012. 10 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2022.
  16. "Failed Movies That Singlehandedly Put Their Studios Out of Business". University Fox. December 12, 2019. May 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2022.
  17. Mendelson, Scott. "'Pacific Rim' And More Domestic "Flops" That Became Global Hits". Forbes. 5 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2015.
  18. "11 Beloved Movies That Were Box Office Flops". Mental Floss. 14 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2015.
  19. Fleming, Mike Jr. "Isn't It Time To Take 'Waterworld' Off The All-Time Flop List?". Deadline Hollywood. August 7, 2013. August 9, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2013.
  20. "Vertigo: From box-office flop to 'greatest film of all time'|The Irish Times". 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  21. "11 Beloved Movies That Were Box Office Flops|Mental Floss". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  22. "Why Shawshank Redemption Was A Box Office Failure (Despite Its Popular Legacy)". ScreenRant (ingilis). 2021-05-05. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.
  23. Welkos, Robert W. "'Heaven's Gate': The film flop that reshaped Hollywood". Los Angeles Times. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2018.
  24. Sterngold, James. "Debacle on the High Seas". The New York Times. 31 March 1996. 9 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2018.
  25. "Largest box office loss". Guinness World Records. 30 April 2012. 18 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2019.
  26. Davis, Erik. "Breaking: New Line Cinema Says Goodbye!". Cinematical.com. 2008-02-28. 2012-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  27. Briscoe, David. "'Final Fantasy' studio to fold". The Independent. 1 February 2002. 2 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2019.
  28. "Square-Enix Co, LTD. Annual Report 2007" (PDF). 29, 30, 53. March 25, 2009 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 5, 2009.
  29. Finke, Nikki. "Disney Closing Zemeckis' Digital Studio". Deadline Hollywood. 2010-03-12. 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-21.
  30. Faraci, Devin. "What if they released a movie and nobody came?". CHUD.com. 2006-12-31. 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-01-02.
  31. Brunner, Rob. "The Strange and Twisted Tale of ... The Movie That Grossed $30.00". Entertainment Weekly. 2007-02-09. 2008-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-24.
  32. Mueller, Andrew. "This Film Is Absolute Dross – People Are Going to Love It!". The Guardian. London. 2007-01-16. 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-15.
  33. 1 2 Officer, Lawrence H. "Dollar-Pound Exchange Rate From 1791: 2000–2002". MeasuringWorth. November 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2017.
  34. logboy. "Offending Angels. £70k Budget, £89 Box Office. 8 DVD Sales to Double its Taking". Twitch.net. 2006-02-03. 2011-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-01-16.
  35. Russell, Jamie. "Offending Angels (2002)". BBC. 2002-04-10. 2006-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-16.
  36. Harley, Kevin. "Offending Angels review". Total Film. May 2002. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
  37. "The Worst Movie Ever! (2011)". Box Office Mojo. 29 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]