Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (1242[1][2], Saraqosa, Araqon muxtar birliyi – 27 oktyabr 1303[1]) — Portuqaliya kralı III Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu.
Kastiliyalı Beatris | |
---|---|
port. Beatriz de Castela e Gusmão | |
Əvvəlki | II Bulonlu Matilda |
Sonrakı | Araqonlu Elizabet |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1242[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 oktyabr 1303[1] |
Atası | X Alfonso |
Anası | Mayor de Quzman |
Həyat yoldaşı | III Afonso |
Uşağı | I Denis |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Kastiliya kralı X Alfonso, anası isə onun məşuqəsi Mayor de Quzmandır. Alqavra bölgəsi uğrunda Portuqaliya krallığı ilə sülhü təmin etmək üçün atası onu 1253-cü ildə Portuqaliya kralı III Afonsoyla evləndirdi. Sülh şərtlərinə görə, Kastiliya Alqavra bölgəsi üzərindəki bütün haqlarından əl çəkəcək, cütlüyün doğulan ilk oğlan uşağı 7 yaşına gəldikdə bölgənin hakimi elan olunacaqdı. Ancaq bu evlilik Portuqaliya sarayında skandala səbəb oldu. Belə ki, III Afonso hələ də ilk xanımı olan Bulonlu Matilda ilə evli idi. Xanımının 1255-ci ildə onu Roma papası IV Aleksandra şikayət etməsinin ardından, III Afonso 1258-ci ildə ikiarvadlılıqda təqsirli görüldü və onun ikinci evliliyi Roma-katolik kilsəsi tərəfindən tanınmadı. Üstəlik papanın istəyinə görə kral ilk xanımının cehizini geri qaytarmalı idi. Ancaq ertəsi il Bulonlu Matildanın vəfat etməsiylə bu məsələ həll oldu və kralın ikinci evliliyi kilsə tərəfindən tanındı.
Ərinin ölümünədək Portuqaliya sarayında nüfuz sahibi olan Beatris hər iki krallıq arasındakı münasibətlərin qorunmasında mühüm rol oynadı. Anasının vəfatının ardından ona aid mülkləri də öz adına alan Beatris bölgədəki Santa Klara kilsəsini də himayəyə aldı. 1279-cu ildə ərinin vəfatıyla böyük oğlu Denis Portuqaliya taxtına əyləşdi.
Ancaq oğlu I Denislə münasibətlərinin pisləşməsi səbəbilə 1282-ci ildə Sevilyaya geri döndü. O illərdə atası X Alfonso ilə ögey qardaşı İnfant Sanço arasında başlayan taxt mübarizəsi davam etməkdə idi. Bu taxt mübarizəsində atasına həm maddi, həm də siyasi dəstək verən Beatris atasının vəfat etdiyi 1284-cü ilədək onun yanında qaldı. 27 oktyabr 1303-cü ildə burada vəfat etdi.