Katagenez

KatagenezYer qabığında aşağı təzyiqtemperatur şəraitində baş verən kimyəvi və fiziki-kimyəvi proseslərin genetik tiplərindən biri. Çöküntü süxurların diagenezdən sonrakı və metamorfizmdən əvvəlki mərhələsinə uyğundur. Bu terminin daha dəqiq anlayışını vermiş Vassoyeviçə (1957, 1962) görə, katagenez diagenezdən sonra, metagenezdən əvvəl gəlir. Sonuncunu o, əsl metamorfizm adlandırır.

Katagenez 3 mərhələyə ayırılır:

  • Protokatagenez
  • Mezokatagenez
  • Apokatagenez.

Mezokatagenezi 3 yarımmərhələyə bölür. Straxova (1960) görə, katagenez mərhələsi diagenez mərhələsindən sonra və protometamorfizm mərhələsindən əvvəl gəlir. Bu mərhələdə artan təzyiq altında çöküntü süxurların sıxlaşması və dayanıqlı, xüsusilə terrigen və qismən autigen komponentlərinin qismən dəyişməsi ilə səciyyələnir. Katagenez mərhələsində 2 yarım mərhələ ayrılır: erkən-terrigen və gilli süxurlarda dəyişilməyən gil maddəsinin varlığı, gec isə dəyişilmiş gil maddəsinin olması və təzyiq altında qırıntı dənələrinin həllolma quruluşu ilə səciyyələnir. Katagenez mərhələsi üçün normal, metamorfizmə uğramamış çöküntü süxurlar səciyyəvidir.  Katagenez mərhələsi üzvi maddələrin diagenez mərhələsindən sonra keçdikləri prosesdir. Katagenez prosesi, V.A. Sokolova görə 20–250 °C arasında baş verir. Yuxarı temperatur həddinin qiyməti bəzən 300–350°C-yə çatır. Təzyiq isə bu temperatur intervalında orta hesabla 30–100 MPa arasında dəyişir. Katagenez prosesinin başlama dərinliyi geotermik qradiyentdən və yuxarıda qeyd edilən başqa amillərdən asılıdır. Platforma ərazilərində geotermik qradiyent 2–5°C/100 m, geosinklinal ərazilərdə isə, xüsusilə, tektonik fəal rayonlarda, bu göstərici daha yüksək olur. Cənubi Xəzər hövzəsində geotermik qradiyentin orta qiyməti 2,1°C/100 m müəyyən edilmişdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.