Katarjina Skovronska

Katarjina Skovronska ( tam adı Katarzyna Ewa Skowrońska-Dolata ) (d. 30 iyun 1983 - Varşava, Polşa) — Polyak voleybolçusu.

Katarjina Skovronska
Şəxsi məlumatlar
Tam adı Katarzyna Ewa Skowrońska-Dolata
Doğum tarixi (41 yaş)
Doğum yeri Polşa Varşava Polşa
Vətəndaşlığı Polşa Polşa
Voleybolçu məlumatları
Boyu 189 sm
Çəkisi 75 kq
Bloku 302 sm.
Mövqeyi Hücumçu
Karyerası
Komandası Azərbaycan Rabitə Bakı
Nömrəsi 17
Milli komanda karyerası
2003-günümüzə qədər Polşa Polşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onda voleybola maraq yeniyetmə olarkən, böyük qardaşının oyununu izləyərkən yaranmağa başlayıb. Karyerasına hücumçu kimi yerli klublardan olan Skra Varşavada başlayıb. 15 yaşı olanda Polşa Voleybol Federasiyasının İdman məktəbinə getməyə başlayıb və burda mövqeyini dəyişərək blokçu olaraq oynayıb. Onun ilk uğuru bu məktəbin tələbəsi olarkən 1999-cu ildə Cadet Avropa Çempionluğu və bir il ardından Yeniyetmələr arasında Avropa Çempionluğunu yaşaması olub. Millidə debüt etdiyi 2003-cü ildə Ankarada keçirilən Avropa Çempionatında finalda Türkiyə millisini məğlub edərək qitə çempionluğunu bayram edib. Yavaş-yavaş ulduzu parlamağa başlayan Kasya 2 il sonra yenidən Zaqrebdə keçirilən analoji yarışın birincisi olub. Bundan sonra 5 il İtaliyada müxtəlif üç klubda forma geyib. Bu illər ərzində 2007/08 mövsümündə Asistel Novara ilə Çempionlar Liqasının bürüncünü, Skavalini Pezaro komandası ilə isə İtaliya Superkuboku və İtaliya Çempionluğunu qeyd edib. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etsə də, Polşa millisi qrup mərhələsini adlaya bilməyib. 2010-cu ildə Türkiyənin Fənərbağça Acıbadem komandası ilə Çempionlar Liqası 3-cülüyü və Klublararası Dünya Çempionu adını qazanıb. 2011-13-cü illərdə Çin nəhəngi Quanqdonq Everqrande komandasında 2 il oynayıb. Burda Çin Çempionu adını və Asiya Klub Çempionatının qızıl medalını qazanıb. 2013-cü ildən Azərbaycanda Rabitə Bakı klubunda oynayır. Bir dəfə Azərbaycan Superliqasının qalibi və 2013/14 CEV Çempionlar Liqasının bürünc mükafatını qazanıb. 2006-cı ildən Yakub Dolata ilə evlidir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Boy: 189 sm
  • Çəki: 75 kq
  • Mövqe: Hücumçu
  • Blok yüksəkliyi: 302 sm
  • Hücum yüksəkliyi: 317 sm
  • Nömrə: 17

Oynadığı klublar

[redaktə | mənbəni redaktə et]
Tarix Ölkə Klub
1995-1998 Polşa Skra Warszawa
1998-2001 Polşa SMS PZPS Sosnowiec
2001-2003 Polşa AZS AWF Danter Poznań
2003-2005 Polşa Nafta-Gaz Piła
2005-2006 İtaliya Vicenza Volley
2006-2008 İtaliya Asystel Novara
2008-2010 İtaliya Scavolini Pesaro
2010-2011 Türkiyə Fenerbahçe Acıbadem İstanbul
2011-2013 Çin Guangdong Evergrande
2013-2015 Azərbaycan Rabitə Bakı

Şəxsi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • "Ən məhsuldar oyunçu", 2007, FIVB Dünya Kuboku
  • "Ən məhsuldar oyunçu", 2008, CEV Çempionlar Liqası
  • "Ən məhsuldar oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı
  • "Ən dəyərli oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı
  • "Ən məhsuldar oyunçu", 2012, Çin Çempionatı
  • "Ən məhsuldar oyunçu", 2013, Çin Çempionatı
  • "Ən məhsuldar oyunçu", 2014, Azərbaycan Çempionatı