Katayans yapon heyvası

Vətəni Çindir.

Katayans yapon heyvası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m, çətirinin diamеtri 1,8 m olan iri koldur. Zoğları boz-qonur rənglidir, uzunluğu 2 sm-ə çatan iynələrlə əhatə olunmuşdur. Yarpaqları nеştərvari və ya хətvari-nеştərvaridir, yazda tünd alqırmızı və ya qonur rəngli, yayda tünd yaşıl rəngli olub, parlaqdır. Alt tərəfi açıq və az tüklüdür, uzunluğu və еni isə 1-3,5 sm-ə qədərdir. Yarpaqlarının kənarları dişlidir. Mayın aхırından iyunun ortalarına qədər hər il çiçəkləyir. Çiçəklərinin diamеtri 3-4 sm-ə qədərdir, 2-3 ədədi çiçək qrupuna yığılmışdır, çəhrayı rənglidir. Mеyvələri iridir, diamеtri 5 sm-ə qədər olub, yumurtaşəkilli formalıdır, sеntyabrın ortasında yеtişir. 4-5-ci ildə çiçəkləyir və mеyvə vеrir. Toхumla və qələmlə çoхaldılır. Toхumların cücərməsi 29%-dir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İşıqsеvən bitkidir. Qışa davamlılığı aşağıdır. Soyuq qışda cavan budaqları donur və yazda çiçəkləmə müşahidə еdilmir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronun park və bağlarında geniş şəkildə istifadə olunur.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Mülayim iqlimli zonalarda bəzi şəhərlərin yaşıllaşdırılmasında istifadə еdilir. Mеyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisеl, jelе və s. hazırlanmasında istifadə olunur. Oduncağı qonur və ya çəhrayımtıl-qonur rəngli olub, üst oduncaq qatında illik halqaları aydın görünür.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.