Kazak Jdanovun binası (Novoçerkassk)

Kazak Jdanovun binasıRostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120[1] ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Kazak Jdanovun binası
rus. Дом казака Жданова
47°25′05″ şm. e. 40°05′32″ ş. u.
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1910
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur. Sövdələşmənin qiyməti 28 min olmuşdur. Yeni sahib 1910-cu ildə taxta binanın sökdürərək yerində yeni bina və tövlə inşa etdirmişdir. Bins iki ustanın larihəsi əsasənda inşa edilmişdir — arxitektor Y. İ. Korotçenko və Q. М. Salnikov. Tikinti meydançasının sahəsi 347,1 kvadrat sajem olmuşdur. Burada at tövləsi və buzxana vardı. Binanın ikinci mərtəbəsini Andrey Fedoroviç İvaşensov kirayəyə götürmüşdür. İl ərzində o, 1300 rubl pul ödəyirdi. 1923-cü ildə bina milliləşdirilmişdir. 1924-cü ildə binada uşaq bağçası açılmışdı. Jdanovun ailəsi digərəraziyə köçməyə məcbur olmuşdur. 1938-ci ildə əraxidə uşaq bağçasının tələbatını ödəmək məqsədi ilə əlavə korpuslar inşa edilmişdir. 1948-ci ildə Xüsusi yetimlər evinə çevrilmişdir. Burada direktor A. Yaluskaya olmuşdur. 1970-ci ildən isə burada yenifən uşaq bağçası fəaliyyət göstərmişdir[2]. Bina 1992-ci ildən qorunur və regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir<ref">Особняк//Объекты культурного наследия Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine</ref>.

Təsvir[redaktə | mənbəni redaktə et]

Finanın fasadında binanın inşasında zəhməti olan mühəndislərin adı yazılmışdır. Binanın yerləşdiyi ərazidə müəyyən mayillilik vardır. Binanın inşasında istifadə edilən əsas material kərpiçdir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Новочеркасск. Энциклопедия. — Новочеркасск: ООО «Издательство Новопринт»,2005. — 720 с. 1257 ил. — С.86". 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
  2. "Детский сад «Золотой ключик»". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
  3. "Дом казака Василия Васильевича Жданова". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.