Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam.
Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi.
Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar.
İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər.
Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış. Belə adamlra xalq arasında “keçəl” deyirlər.
Xalq yaradıcılığı qaynaqlarında keçəllərlə əlaqədar əhvalatlar, nağıllar, dastan boyları, oyunlar çoxdur. Şifahi ədəbiyyatda keçəl hiyləgərliyin, bicliyin rəmzi qəhrəmanı kimi təsir edilir. Hikmətli atalar sözlərində deyilir ki, “Keçəli Allah da aldada blməz”. “Koroğlu” dastanında keçəl Həmzəyə həsr edilmiş boyda keçəllərin fəndgirliyi çox gözəl ifadə edilmişdir.
Məlum olduğu xalq arasında keçəlləri ağıllı, zirək və çox bilmiş adlandırırlar.
Başa yara düşmə, irinlimə olan iltihabın, lazımsız sinir “tullantılarının” bədəndən xaric edilməsinə şərait yaradır, beyində sinir törəmələrini gücləndirir.
Başın dazlanmasını keçəlliklə eyniləşdirmək olmaz. Dazlanma saçın bir çox səbəblərdən tökülməsi ilə əlaqədardır.