Keçəldağ obsidian yatağ

Keçəldağ obsidian yatağıİstisu kurortundan 15 km şimal-şərqdə Keçəldağ dağının zirvəsində yerləşən yataq.[1]

Yataq 1957-ci ildə M. S. İsmayılov tərəfindən betonun yüngül doldurulması, 1965-1967-ci illərdə E.M.Mütəllibov, 1971-ci ildə M.D.Bayramov, M.A.Hüseyinov, 1963-1974-cü illərdə M.Ç.Nağıyev və V.G.Ramazanov, 1977-ci illərdə S.Y.Rüstəmov və V.D.Osadçi tərəfindən isə təraşlanmaq və məmulat daşı kimi öyrənilmişdir. Yatağın sahəsi 0,15 km2-dir. Geoloji quruluşunda pliosen yaşlı andezit lavaları iştirak edir. Obsidianın həcmdə çəkisi 2,28-2,29 q/sm3, qabarması 0,39-0,45 q/sm3, məsaməlik 0,4-1,3 %-dir.

Yataqda obsidian az miqdarda kristallaşmış şüşə ilə təmasda olub, onun tərkibində həmçinin filiz minerallarının mikrofenkristalları iştirak edir. Vitrofir strukturludur. Teksturası zolaqlıdır. Qalınlığı 7 mm. olan obsidian lövhələri emal zamanı bütövlüyünü saxlayır. Qalınlığı 8 mm.-ə qədər olan lövhələrdən işıq keçir. Keçəldağ irizasiyalı obsidian yatağı yüksək keyfiyyətli məmulat daşı kimi qiymətləndirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elnur İbiş oğlu Səfərov. Kiçik Qafqazın faydalı-qazınti yataqları. Bakı: 2012.